Türkiyədə iyunun son həftəsində iki günlük sərtləşdirilmiş karantin rejiminin tətbiqi gözlənilir
Ankara, 18 iyun, AZƏRTAC
Türkiyədə ali məktəblərə və liseylərə keçiriləcək qəbul imtahanları ilə əlaqədar olaraq yeni növ koronavirusa (COVID-19) yoluxma riskinin artmasının qarşısını almaq məqsədilə iyunun sonuncu həftəsi sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşım edib. Nazir bildirib ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstəriş verib.
Qeyd edək ki, karantin rejiminə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Sözügedən imtahanlar iyunun 27-də və 28-də keçiriləcək. Hələlik həmin günlər üçün nəzərdə tutulan sərtləşdirilmiş karantin rejiminin əhatə dairəsi və şərtləri açıqlanmayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]