Türkiyədə koronavirusa qarşı 27 milyondan yuxarı vaksin vurulub
Ankara, 22 may, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanandan bu günədək Türkiyədə infeksiyadan ölənlərin sayı 45 min 840 nəfərə çatıb.
AZƏRTAC qardaş ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 21-də Türkiyə üzrə 218 min 846 nəfər testdən keçib. Gün ərzində bu infeksiyadan 846 nəfər xəstəxanaya yerləşdirilib, 214 nəfər dünyasını dəyişib. Görülən ciddi tədbirlərə baxmayaraq gündəlik ölüm halı hələ də iki yüz nəfərdən çox olur.
Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kütləvi peyvəndləmə davam edir. Tətbiq olunana vaksinin əsas hissəsini Çindən alınan “Sinovac” peyvəndi təşkil edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məlumatına görə, indiyədək ölkə üzrə 27 milyon doza peyvənd vurulub. Onların 12 milyonu ikinci dozadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]
Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?
- 12.10.2026 [11:07]