Türkiyədə qanunsuz silah ticarətinə qarşı genişmiqyaslı əməliyyat keçirilib
İstanbul, 17 dekabr, AZƏRTAC
Türkiyədə qanunsuz yollarla silah ticarəti ilə məşğul olan dəstə üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyatlar Bursa, İstanbul və İzmir vilayətlərində keçirilib. Paralel aparılan əməliyyatlar zamanı ölkə daxilində qanunsuz yollarla silah ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 53 nəfər saxlanılıb. Onlardan doqquzu barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılan zaman çoxlu sayda silah-sursatla yanaşı, tarixi əsər olduğu ehtimal edilən 20 sikkə və altı əşya da ələ keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]