Türkiyədə son sutka ərzində 240 nəfər koronavirusdan həyatını itirib
Ankara, 16 dekabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm halındakı say epidemiya üzə çıxandan bəri ən yüksək həddə çatıb.
AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 16-da ölkə üzrə 205 min 397 nəfər testdən keçirilib. Onlardan 29 min 718 nəfərdə virus əlaməti aşkarlanıb, 4 min 893 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 240 nəfər ölüb, 29 min 922 xəstə isə sağalıb. Hazırda 5 min 960 xəstə infeksiya səbəbindən reanimasiyadır.
Türkiyə hökuməti riskləri azaltmaq üçün ölkə üzrə tətbiq olunan gündəlik (səkkiz saat) və həftəsonu (56 saatlıq) “Evdə qal!” rejimin davam etdirir. Dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlanacaq “Evdə qal!” rejimi 2021-ci il yanvarın 4-də saat 5.00-dək qüvvədə olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]