Türkiyənin qadın voleybolçuları Avropa çempionatının yarımfinalında
Bakı 30 avqust, AZƏRTAC
Türkiyənin qadın voleybolçuları Avropa çempionatının yarımfinalına yüksəliblər.
AZƏRTAC xəbər verir ki, Türkiyə yığması avqustun 30-da Brüsseldə keçirilən yarımfinal qarşılaşmasında Polşa millisini hər üç setdə (25:23, 25:22 və 25:19) məğlub edərək beşinci dəfə adını yarımfinala yazdırıb.
Yarımfinalda Türkiyə millisinin rəqibi İtaliya voleybolçuları olacaq. İki komanda sentyabrın 1-də Brüsseldə üz-üzə gələcək. Çempionatın final matçı da sentyabrın 3-də Brüsseldə keçiriləcək.
Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Səkkizdəbir finalda Belçikanı 3:1 hesabı ilə məğlubiyyətə uğradan Türkiyə voleybolçuları dörddəbir finala yüksəliblər.
Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]