Türkiyənin şəhərlərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər davam edir
Ankara, 22 fevral (AZƏRTAC). Türkiyənin Adana, Mersin və Ceyhan şəhərlərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər davam edir.
Bu şəhərlərdə keçirilmiş konfranslarda Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, deputat Qənirə Paşayeva Xocalı soyqırımını rəsmi olaraq tanıyan Ceyhan bələdiyyəsinə təşəkkür etmiş, bu qərarın Türkiyənin bütün digər bələdiyyələri tərəfindən də qəbul ediləcəyinə inandığını bildirmişdir.
Q.Paşayeva Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Mersinin Cağ Universitetində təşkil edilən konfransdakı çıxışında XX əsrin ən qanlı faciələrindən biri barədə ətraflı məlumat vermiş, bu qətliamın yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş bir cinayət olduğunu bildirmişdir.
Milli Məclisin deputatı universitetin müəllim və tələbələrinin suallarını cavablandırmış, Adana və Mersinin bir sıra kütləvi informasiya vasitələrinə Xocalı soyqırımı, Ermənistanının işğalçılıq siyasəti və işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə ətraflı məlumat vermişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]