Türkiyənin təhlükəsizlik qüvvələri son bir həftədə 63 terrorçunu zərərsizləşdirib
İstanbul, 1 fevral, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatlarına qarşı mübarizəsi fasiləsiz və qətiyyətlə davam edir. Həyata keçirilən əməliyyatlar nəticəsində son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, 63 terrorçu zərərsizləşdirilib. Bununla da ötən il yanvarın 1-dən bəri zərərsizləşdirilən terrorçuların sayı 2541-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.
Məlumata əsasən, son bir həftə ərzində Türkiyənin Suriyadaki hərbi bazalarına terrorçular tərəfindən 13 təxribat və hücum edilib. Cavab tədbirləri ilə 42 terrorçu zərərsizləşdirilib, çox sayda silah-sursat ələ keçirilib.
Həmçinin son bir həftədə qanunsuz yolla Türkiyə sərhədlərini keçməyə cəhd edən 188 nəfər saxlanılıb. Bu şəxslərdən altısının FETÖ, birinin isə İŞİD üzvü olduğu müəyyən edilib. Eyni zamanda, 3441 nəfərin sərhədi qanunsuz keçməsi cəhdinin qarşısı alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]