Türkiyənin “TRT Belgesel” kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq
Bakı, 14 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 17-də Türkiyənin “TRT Belgesel” kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bilinməyən Tarix, Nargin adası əsarəti“ adlı sənədli film ötən il “TRT Belgesel” kanalı tərəfindən Bakı, Nargin adası və Gəncədə çəkilib.
Filmdə Birinci Dünya müharibəsində Nargin adasında rus ordusu tərəfindən əsir götürülən osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edilir.
TRT sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə Azərbaycanın Dövlət Televiziyasına, Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərinə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna təşəkkürünü bildirib. Ekran işi iki qardaş ölkənin ortaq şanlı tarixinin bir parçası olaraq yaddaşlarda yaşayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]