Türkiyəyə beş ayda 15,5 milyondan çox turist gəlib
Bakı, 23 iyun, AZƏRTAC
Türkiyə 2023-cü ilin ilk beş ayında 15 milyon 590 mindən çox turist qəbul edib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ziyarətçilərin 14 milyon 34 min nəfərini əcnəbilər, 1 milyon 559 min nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib.
Yanvar-may aylarında Türkiyəyə gələn xarici turistlərin sayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,65 faiz artım qeydə alınıb.
İlin ilk beş ayında Türkiyəyə ən çox turist Rusiyadan gəlib (ötən ilin müvafiq dövrünə nisbətən 110,12 faiz artım). Almaniya 20,75 faiz artımla ikinci, Bolqarıstan isə 11,64 faiz artımla üçüncü olub. Sonrakı yerlərdə Böyük Britaniya və İran qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]