Türkiyəyə “F-16” qırıcılarının tədarükü ilə bağlı proses davam edir
İstanbul, 1 fevral, AZƏRTAC
“F-16” qırıcı təyyarələrinin ABŞ-dan Türkiyəyə tədarükü ilə bağlı təsdiq prosesi yanvarın 26-da başlayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Türkiyənin Hərbi Hava Qüvvələri Komandanlığı ehtiyaca uyğun olaraq, 40 ədəd yeni “F-16 təyyarəsinin tədarükü, mövcud 79 ədəd “F-16”nın modernləşdirilməsi, eləcə də təyyarələrə aid hissə və avadanlıqları əhatə edən tələbə əsasən, ABŞ Konqresində təsdiq prosesi yanvarın 26-da başlayıb. Təklif və təsdiq məktubları Türkiyəyə çatdıqda iş başlayacaq və layihələrin dəyəri dəqiq açıqlanacaq.
ABŞ-ın “F-35”lərlə bağlı verdiyi son açıqlamalarına toxunulan məlumatda indiki mərhələdə hər iki tərəfin mövqeyində heç bir dəyişiklik olmadığı, bu bəyanatların indiki mərhələdə xoş niyyət kimi qiymətləndirildiyi qeyd edilib.
“Eurofighter”lərlə bağlı bildirilib ki, Türkiyənin bu tələbi davam edir və Almaniyanın məsələyə müsbət münasibəti gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]