Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmən ədəbiyyatının tarixi inkişaf yolu: Folklordan müasir poeziyaya

AZƏRTAC türkdilli xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 18 noyabr, AZƏRTAC

Türkmən ədəbiyyatında xalq yaradıcılığı nümunələri geniş yer tutur. Tarixi-siyasi proseslər səbəbindən türkmənlər Kiçik Asiyadan Hindistana qədər bir əraziyə səpələnib, lakin dillərini, adətlərini, milli kimliklərini unutmayaraq bu ərazilərdə yaşadıblar. XVI əsrdə həm Türküstan, həm də Əfqanıstan və Hindistanda türkmən ədəbiyyatı nümunələri yaranmaqda davam edib.

Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin türkmən ədəbiyyatı ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Məlum olduğu kimi, Babirin qoşunları sırasında türkmənəsilli döyüşçülər çox olub. Babir Şeybani xana məğlub olduqdan sonra Əfqanıstan və Hindistana üz tutaraq orada böyük monqol hakimiyyətinin əsasını qoyub. Bu zaman Babir qoşunları sırasında olan türkmənəsilli şairlər yaradıcılıqlarını davam etdirib və orta əsrlər türkmən ədəbiyyatına böyük töhfələr veriblər. Bu sırada əsas yerdə dayanan şairlərdən biri də Bayram xan (1500-1561) olub. Bayram xanı bir sıra mənbələrdə bir şair olaraq özbək ədəbiyyatı nümayəndəsi kimi göstərirlər. Amma nəzərə almaq lazımdır ki, Bayram xanın atası Seyfəli bəy Bədəxşanda yaşayan Baharlı türkmən nəslindəndir. Bayram xan Babir türk dövlətinin başçısı Humayun xanın sarayında çalışmışdır. Humayun xanın vəfatından sonra taxta çıxan Əkbər şahın zamanında Bayram xana daha çox etimad göstərilmişdir.

Bayram xan 1561-ci ildə Həcc ziyarətinə gedərkən yolda bir əfqan tərəfindən öldürülüb, cəsədi Məşhəd şəhərində dəfn edilib. O, Nəsimi və Nəvai yaradıcılıqlarından təsirlənib, fars və türk dillərində divan yaradıb. Əsərləri daha çox aşiqanə tərzdə yazılıb.

XVII əsr klassik türkmən ədəbiyyatının inkişafı ənənəvi mövzu və ideyalar üzərində davam edib. Nurməhəmməd Əndəlib (1660-1740), Dövlətməmməd Azadi (1695-1760), Məxtumqulu Fəraqi (1730-1780), Abdulla Şahbəndə (1720-1800), Şeydayi (XVIII əsr), Qurbanəli Məğrubi (1735-1810) və s. sənətkarlar XVIII əsr klassik türkmən ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşdirilməsində böyük xidmətlər göstəriblər. “Vəzi-Azadi”, “Behiştnamə”, “Cabir Ənsar” adlı poemaların, o cümlədən çoxsaylı məsnəvi, qəzəl, mürəbbe və rübailər müəllifi olan Dövlətməmməd Azadi türkmən ədəbiyyatında ilk dəfə milli birlik ideyasını ortaya atıb, dövlətin ədalətli idarə olunmasını millətin yeganə nicat yolu hesab edib.

Məxtumqulu Fəraqi yaradıcılığı ilə klassik türkmən ədəbiyyatında realist şeirin əsası qoyub. Onun sənətində XVIII əsr türkmən ictimai-siyasi həyatı əksini tapıb. Nurməhəmməd Əndəlib yaradıcılığında folklor motivləri, dastan janrı üstünlük təşkil edir. Əndəlib yaradıcılığının klassik şərq ədəbiyyatı və milli folklora bağlılığı onun fərdi üstünlüyü kimi dəyərləndirilir. XIX əsr türkmən ədəbiyyatı Seyidnəzər Seyidi (1767-1830), Qurbandurdu Zəlili (1798-1852), Məmməd Vəli Kəminə (1770-1840), Molla Nəpəs (1810-1862), Dostməhəmməd (1815-1865), Annaqılınc Möhtaci (1824-1884), Miskin Qılınc (1845- 1905), Dövlətməmməd Balqızıl (1854-1912) və s. kimi sənətkarların simasında yeni inkişaf mərhələsinə qədəm qoydu. S.Seyidinin “Görülsün indi” şeirində vətən, el, torpaq, qohum-qardaş həsrəti ilə fəryad edən, vətən üçün ölməyi şərəf bilən şairin poetik duyğuları əksini tapır.

XIX əsr türkmən ədəbiyyatında məhəbbət mövzusu aparıcı olsa da, burada ictimai-siyasi səciyyəli şeirlər də yer alırdı. Klassik türkmən ədəbiyyatında nəsr və dramaturji ənənə olmamışdır.

XX əsrdən başlayaraq türkmən ədəbiyyatında nəsr və dram əsərləri yaranmağa başlayıb. Türkmənistanda sovet hakimiyyətinin qurulması ilə hər iki janrın inkişafı üçün əlverişli şərait yaranıb. Sovet hakimiyyətinin qələbəsindən sonra Türkmənistanın ilk mətbu orqanı olan “Türkmənistan” və bir müddət sonra “Dehqan”, “Gənc kommunist”, “Qızıl əsgər” qəzetlərinin və “Toxmaq” satirik jurnalının çap olunması ölkədə ədəbi prosesin inkişafına böyük təsir göstərib.

XX əsrin əvvəllərində yazıçı və şairlərin ictimai-siyasi proseslərdə fəal iştirak etmək meyilləri onları dövri mətbuatla daha sıx əlaqələndirdi. Mətbuatda yeni cəmiyyət quruculuğuna, xalq düşmənləri ilə mübarizəyə həsr edilmiş əsərlərə üstünlük verilirdi. Kor Molla (1872-1934), Durdı Qılıc (1880-1950), Bayram (1871-1948), Molla Murt (1870-1930), Nurmurad Sarıxanov (1906-1944) və s. yazıçı və şairlər ədəbiyyata sovet ideoloji prinsipləri daxilində daha çox məfkurə təbliğ edən müəlliflər kimi daxil oldular. Qadın hüquqsuzluğuna həsr edilmiş Berdi Kerbabayevin “Qızlar aləmi” (1927), A.Alamışevin “Sona” (1928) poemaları, köhnə dünya ilə yeni sosialist həyat fərqlərini əks etdirən Aman Kəkilovun “İrəliyə”, Əkbər Ruhinin “Komsomol” poemaları, o cümlədən Ağaxan Durdıyevin “Xoşbəxtlər” povesti, Berdi Kerbabayevin “Qəti addım” romanı, “Aysoltan” povesti məhz yeni sovet cəmiyyətinin tələblərinə uyğun əsərlər kimi xarakterikdir. Onu da qeyd edək ki, B.Kerbabayevin “Qəti addım” əsəri türkmən ədəbiyyatının ilk tarixi romanı hesab olunur.

XX əsrin 20-30-cu illərində B.Kerbabayev, A.Durdıyev, A.Qarrıyev və başqaları türkmən ədəbiyyatına ilk dram əsəri yazan müəlliflər kimi daxil olublar. Hüseyn Muxtarovun “Allanın ailəsi”, “Kimdir müqəssir?” əsərləri ilə türkmən dramaturgiyası yeni mərhələyə qədəm qoyub. İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrlərdə türkmən ədəbiyyatında müharibə və quruculuq mövzusu əsas yerlərdən birini tuturdu.

Orazqulu Annayev, Amandurdu Canmuradov, Rəcəbmurad, Ata Durdıyev və başqalarının yaradıcılığında vətənə sevgi, düşmənə nifrət, xoşbəxt gələcəyə inam və s. güclü idi. Ata Durdıyevin “Müharibənin adi günü” povestində cəbhədə döyüşçülərin göstərdikləri igidliklər təsvir olunur. Əsərdə türkmən Komekov, azərbaycanlı Məmmədov və digər xalqların nümayəndələrinin birliyi və onların düşmənə qarşı apardığı mübarizə yüksək şəkildə təzahürünü tapır.

Müasir mərhələdə türkmən ədəbiyyatında poeziya daha aktiv və aparıcı mövqe tutub. Müasir türkmən şeirində Azərbaycana bağlılıq və Azərbaycan sevgisi xüsusi mövzuya çevrilib. Aycamal Ömərovanın “Azərbaycan”, Anna Kovusovun “Gəncə”, Allahverdi Xayıdovun “Azərbaycan”, Əvəzmurad Babayevin “Günəşli Azərbaycan” və s. yaradıcılıq nümunələrində Azərbaycana rəğbət bəslənilir, ölkəmizin təbii gözəllikləri, onun keçmişi və bu günü tərənnüm olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH