TÜRKMƏNİSTANIN FRANSADAKI SƏFİRLİYİ SƏRHƏDSİZ REPORTYORLAR TƏRƏFİNDƏN TUTULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 18-də əsas ofisi Parisdə yerləşən “Sərhədsiz reportyorlar” təşkilatının bir qrup fəalı Türkmənistan səfirliyini tutmuş və 2006-cı ildə həbs olunmuş jurnalist Anakurban Amankuliçevin və insan hüquqları fəalı Sapardurdu Xadciyevin azad olunmasını tələb etmişlər.
Fransanın xarici işlər naziri Bernar Kuşner baş vermiş hadisəni təsdiqləmiş və bildirmişdir ki, səfirliyin binasını qəflətən tutmuş sərhədsiz reportyorlar öz tələblərini irəli sürdükdən sonra binanı sakitcə tərk etmişlər.
Nazir sərhədsiz reportyorların Parisdə keçirilən Avropa İttifaqı və Mərkəzi Asiya zirvə toplantısı iştirakçılarının diqqətini cəlb etmək məqsədi ilə belə addım atdıqlarını bildirmişdir.
Sonda Bernar Kuşner həbs olunmuş jurnalistlərin azad edilməsi barədə Türkmənistan rəsmilərindən xahiş etdiyini xatırlatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]