“Türkologiya məsələləri” toplusu nəşr olunub
Bakı, 27 dekabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin hazırladığı “Türkologiya məsələləri” adlı məqalələr toplusu çap olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi şuranın qərarı ilə nəşr olunan məcmuənin elmi redaktorları Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, rəyçiləri filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova və dosent Elnarə Əliyevadır.
Topluda “Türk dillərində mətnin linqvokultoroloji təhlili təcrübəsindən”, “Özbək dilinin fonemlər sistemi Azərbaycan dili ilə müqayisədə”, “Qırğız və Azərbaycan dillərinin fonetik sistemi”, “Müasir türk dilində fonetik hadisələr”, “Azərbaycan və başqırd dillərində sait səslərin müqayisəli təhlili” kimi məqalələr yer alıb.
Kitabdan dilçilər, dil tarixi və türkologiya sahəsində tədqiqat aparan doktorant və dissertantlar istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:20]
BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir
- 08.10.2026 [12:04]