Ucarda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində məhsuldarlıq yüksəkdir
Bakı, 6 sentyabr, AZƏRTAC
Cari mövsümdə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində artıq becərmə işləri başa çatdırılıb və məhsul yığım mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, həmin sahədə məhsuldarlığın müəyyənləşdirilməsi məqsədi ilə Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Aqrar Elm və İnnovasia Mərkəzinin direktoru İmran Cümşüdov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov, Aqrar Xidmətlər Agentliyinin və Ucar rayon DAİM-nin nümayəndələri ərazidə olublar.
Aprobasiya nəticəsində pambığın məhsuldarlıq göstəricisinin ötən illə müqayisədə daha yüksək olacağı müəyyən edilib.