Ucarda iki narkokuryer saxlanılıb
Bakı, 19 mart, AZƏRTAC
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Rövşən Mustafayev və 31 yaşlı Mahir Namazov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onlardan 3 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri Bakı şəhərinə aparmaq və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, R.Mustafayev və M.Namazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:14]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 20.05.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 20.05.2026 [11:41]
Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
- 20.05.2026 [11:41]