Ucarda taxıl zəmilərinin 63 faizi biçilib
Ucar, 17 iyun, AZƏRTAC
Ucar rayonunda taxıl biçini davam edir və artıq zəmilərin 63 faizinin məsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 7962 hektarda taxıl yetişdirilib və indiyədək 5000 hektarda biçin başa çatıb. Hazırda hər gün sahələrə 25 taxılbiçən kombayn çıxarılır. Gün ərzində 250-300 hektar zəminin məhsulu yığılır. Əksər ərazilərdə, o cümlədən Təzə Şilyan, Yuxarı Şilyan, Qazıqumlaq, Qaradağlı və bir sıra digər ərazi dairələrində taxıl biçini başa çatmaq üzrədir.
Hazırda taxılçılar bütün qüvvələrini bu strateji məhsulun tez və itkisiz yığılmasına səfərbər ediblər. Biçinin iyunun 25-dək başa çatdırılması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]