Ucarda taxıl zəmilərinin 73 faizində biçin yekunlaşıb
Ucar, 18 iyun, AZƏRTAC
Ucar rayonunda taxıl biçini sürətlə davam edir. Artıq zəmilərin 73,3 faizi biçilib, 5 icra nümayəndəliyində isə biçin tam başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 17 min 287 hektarda taxıl yetişdirilib. Zəmilərin 4608 hektarı buğda, 12997 hektarı arpadır. Arpa sahələrinin 10787 hektarı, buğda sahələrinin isə 1892 hektarı olmaqla, 12 min 619 hektar sahə biçilib. Qaradeyin, Ağzıbir, Eymur, Şordəhnə və Abad ərazi icra nümayəndəliklərində biçin yekunlaşıb.
Hazırda hər gün sahələrə 45-dək kombayn çıxarılır. Taxılçılar yetişdirdikləri məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər. Hələlik hər hektardan orta məhsuldarlıq 26 sentnerdir ki, bu da ötən ildəki göstəricidən 2,5 sentner çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]