Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üç ayda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib

Üç ayda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib

Bakı, 6 aprel, AZƏRTAC

Bu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Prezidentinin “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası ilə bağlı yaradılmış Komissiyanın fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumların rəhbərliyi ilə təsis edilmiş 7 işçi qrup öz işini davam etdirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Torpaq sahələrinin ayrılması üzrə İşçi Qrup tərəfindən torpaq sahələrinə yerində baxılması məqsədilə müvafiq orqanların nümayəndələrinin iştirakı ilə günəş enerjisindən istifadə üzrə layihənin reallaşdırılacağı "Area 60" və külək enerjisindən istifadə üzrə layihənin reallaşdırılacağı "Area 1" adlandırılan sahələrə səfərlər edilib və ərazilər üzrə müzakirələr aparılıb.

Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya üzrə İşçi Qrup tərəfindən pilot layihələrin enerjisistemə inteqrasiyası ilə bağlı ilkin sxemlər müzakirə edilib, enerji sisteminin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən beynəlxalq standartlara müvafiq tələblər və şəbəkənin gücləndirilməsinə dair görüləcək işlər müəyyənləşdirilib. “Masdar” şirkətinin nümayəndələri ilə “Azərenerji” ASC-nin nümayəndələri arasında keçirilmiş görüş zamanı şirkət tərəfindən ASC-yə təqdim edilmiş günəş elektrik stansiyası ilə əlaqədar birxətli sxem müzakirə edilib və razılıq əldə olunub. Hazırda “Acwa Power” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan külək layihəsi ilə əlaqədar ərazinin konfiqurasiyasının dəqiqləşdirilməsi işləri aparılmaqdadır. Dəqiqləşmələr sona çatdıqdan sonra müvafiq sxem “Azərenerji” ASC-yə təqdim edilərək razılaşdırılacaq.

Rüb ərzində Hüquqi və institusional məsələlər üzrə İşçi Qrupun fəaliyyəti də davam etdirilib. İşçi Qrupun Komissiyaya təqdim edilmiş rəyindən sonra əməkdaşlığa başlanmış “White & Case” şirkəti tərəfindən elektrik enerjisinin satınalınması müqaviləsi, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsi, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsi və tələb olunan digər müqavilələrin ilkin layihələri hazırlanıb. Bu layihələr “White & Case” şirkətinin nümayəndələri ilə baş tutacaq görüşlərdən əvvəl müzakirələrin aparılması, sənədlərlə bağlı müvafiq rəylərin formalaşdırılması, konseptual məsələlər üzrə mövqe bildirilməsi məqsədilə aidiyyəti İşçi qruplara təqdim olunub. Qeyd edək ki, iqtisadi-maliyyə-kommersiya və texniki məsələlər üzrə müzakirələrin aparılması məqsədilə “White & Case” şirkətinin cari ilin ikinci rübündə Bakıya səfəri planlaşdırılır.

Ekoloji və sosial qiymətləndirmə ilə bağlı İşçi Qrup tərəfindən keçirilən müzakirələrin nəticəsi olaraq təklif olunan ərazilər üzrə sahə səfəri həyata keçirilib, bərpaolunan enerji mənbələrindən istifadə ilə əlaqədar pilot layihənin icrası üçün seçilmiş ərazilərə dair ekoloji və sosial qiymətləndirmə barədə rəy hazırlanaraq Energetika Nazirliyinə təqdim edilib.

Rüb ərzində Tikintiyə icazə və istismara qəbul ilə bağlı İşçi Qrup tərəfindən müzakirələr aparılıb, xarici investorların cəlbi ilə həyata keçirilən pilot layihələrin əhəmiyyətini və müvafiq sərəncamda göstərilən tarixin məhdudluğu nəzərə alınaraq, Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə nəzərdə tutulan ərazilərin Energetika Nazirliyinin balansına verilməsi və qanunvericiliklə tələb olunan razılaşdırma və təsdiq prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərin baxılması üçün komissiyaya təqdim edilməsi qərara alınıb.

Cari ilin ilk rübündə, həmçinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi, bu potensialdan istifadə məqsədilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlərin Vaxt Qrafikinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik sahələrdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilib. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə adıçəkilən hərracların layihələndirilməsi və icra edilməsi üzrə əməkdaşlıq çərçivəsində müvafiq məsləhətçi şirkət tərəfindən hazırlanmış hərrac qaydaları, alqı-satqı müqavilələrinin prinsipləri və qoşulma müqaviləsinin layihəsi baxılması üçün Energetika Nazirliyinə təqdim olunub. Qeyd edək ki, EBRD bərpaolunan enerji potensialına malik sahələrin birində külək ölçü-müşahidə stansiyasının quraşdırılması və ölçmələrin aparılmasında köməklik göstərməyi qəbul edib. Hazırda bank 12 aylıq külək ölçmə-müşahidə işlərini layihələndirəcək və həyata keçirəcək məsləhətçi şirkət cəlb edilməsi istiqamətində işləri davam etdirir.

Hesabat dövründə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamla Energetika Nazirliyinə verilmiş tapşırıqların icrası məqsədilə Norveçin “DNV GL Energy Advisory GmbH” şirkəti cəlb edilməklə hazırlanmış "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanun layihəsi razılaşdırılması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.

Böyükşor gölündə 100 kilovat/saata qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsini nəzərdə tutan “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihəsi davam etdirilməkdədir və layihənin icrasının 2021-ci ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Kiçik su elektrik stansiyalarının istismarı, tikintisi və layihələndirilməsi sahəsində BP və “ATKINS” şirkəti ilə ötən il yaradılmış əməkdaşlıq əlaqələri və BP-nin dəstəyi ilə “ATKINS” şirkəti ilə bu sahədə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr də davam etdirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb