ÜÇ AZƏRBAYCAN BOKSÇUSU AVROPA ÇEMPİONATINDA MÜBARİZƏNİ DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, Liverpulda keçirilən boks üzrə Avropa çempionatında üç Azərbaycan idmançısı medallar uğrunda mübarizə aparır.
Həmyerlilərimizdən Elçin Əlizadə (91kq) səkkizdəbir final mərhələsində macarıstanlı Yozef Darmoşla qarşılaşacaqdır. Digər boksçumuz Famil Süleymanov (60 kq) artıq dörddəbir finala vəsiqə qazanmışdır və bu mərhələdə irlandiyalı Ross Xikki ilə göruşəcək. Fərhad Acalov (64 kq) isə mübarizəyə bu gün qoşulacaqdır.
Qeyd edək ki, digər boksçular Samir Məmmədov (54 kq) və Emil Məhərrəmov (69 kq) artıq mübarizəni dayandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]