UCQAR DAĞ KƏNDİNƏ YENİ SU KƏMƏRİ ÇƏKİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan MR-in Şahbuz rayonunun dağlıq ərazisində yerləşən Kükü kəndinə yeni içməli su kəməri çəkilmişdir. Kəndin 7 kilometrliyində yerləşən “Südlü bulaq” suyunun kəndə axıdılması yerli sakinlərin böyük sevincinə səbəb olmuşdur. Qısa müddətdə kəndin müxtəlif yerlərində içməli su kranları quraşdırılmışdır.