UEFA “Avro-2020”nin adını olduğu kimi saxlayıb
Bakı, 25 aprel, AZƏRTAC
“Avro-2020”nin 2021-ci ilin yayına qədər təxirə salınmasının ardınca və hərtərəfli təhlildən, eləcə də UEFA-nın tərəfdaşları ilə aparılmış müzakirələrdən sonra Avropa futbol qurumunun İcraiyyə Komitəsi turnirin “Avro-2020” adı ilə tanınmağa davam etməsi barədə qərar qəbul edib.
AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, bu qərar UEFA-ya Avropa futbol çempionatının 60-cı ildönümünün (1960-2020) təntənəli şəkildə qeyd olunması ilə bağlı ilkin ideyanı qoruyub saxlamağa imkan yaradır.
Qərar, eyni zamanda, “Avro-2020”nin dayanıqlı olması və israfçılığa səbəb olmaması ilə bağlı UEFA-nın öhdəliyinə də uyğun gəlir. Turnirin təxirə salınmasına qədər çox sayda brendləşdirilmiş material artıq istehsal edilib. Tədbirin adının dəyişdirilməsi bu məhsulların məhv edilib yenidən hazırlanmasına gətirib çıxara bilərdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]