UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk turunda 29 qarşılaşma oynanılıb
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 27-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Gün ərzində ümumilikdə 29 qarşılaşma oynanılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” səfərdə Yunanıstanın “Panationaikos” klubuna minimal hesabla məğlub olub - 0:1. Yerli futbolsevərlər üçün maraqlı olan digər qarşılaşmada isə İstanbulun “Fənərbağça” komandası səfərdə Avstriyanın “Şturm” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Gün ərzində keçirilən 29 qarşılaşmada aşağıdakı hesablar qeydə alınıb:
“Mlada Boleslav” (Çexiya) - “Skenderbeu” (Albaniya) - 2:1
“Olimpik Donetsk” (Ukrayna) - “PAOK” (Yunanıstan) - 1:1
“Trakai” (Litva) - “Shkendija” (Makedoniya) - 2:1
“Makkabi Tel-Aviv” (İsrail) - “Panionios” (Yunanıstan) - 1:0
“Suduva” (Litva) - Sion (İsveçrə) - 3:0
“AIK” (İsveç) - Braqa (Portuqaliya) - 1:1
“AEK Larnaca” (Kipr) - “Dinamo Minsk” (Belarus) - 2:0
“Utrext” (Hollandiya) - “Lex” (Polşa) - 0:0
“Östersunds” (İsveç) - “Fola” (Lüksemburq) - 1:0
“Sturm Graz” (Avstriya) - “Fənərbağça (Türkiyə) - 1:2
“Krasnodar” (Rusiya) - “Lyngby” (Danimarka) - 2:1
“PSV” (Hollandiya) - “Osijek (Xorvatiya) - 0:1
“Bnei Yehuda” (İsrail) - “Zenit” (Rusiya) - 0:2
“Botev” (Bolqarıstan) - “Maritimo” (Portuqaliya) - 0:0
“Astra” (Rumıniya) - “Olexandriya” (Ukrayna) - 0:0
“Dinamo Buxarest” (Rumıniya) - “Atletik Bilbao” (İspaniya) - 1:1
“Brondby” (Danimarka) - “Hayduk Split” (Xorvatiya) - 0:0
“Universitatea Craiova” (Rumıniya) - Milan (İtaliya) - 0:1
“Arka” (Polşa) - “Midtjylland” (Danimarka) - 3:2
“Çrvena Zvezda” (Serbiya) - “Sparta Praqa” (Çexiya) - 2:0
“Gent” (Belçika) - “Altax” (Avstriya) - 1:1
“Bordo” (Fransa) - “Videoton” (Macarıstan) - 2:1
“Panathinaikos” (Yunanıstan) - “Qəbələ” (Azərbaycan) - 1:0
“Marsel” (Fransa) - “Oostende” (Belçika) - 4:2
“Aberdin” (Şotlandiya) - “Apollon” (Kipr) - 2:1
“Dinamo Zaqreb” (Xorvatiya) - “Odds” (Norveç) - 2:1
“Frayburq (Almaniya) - “Domzale” (Sloveniya) - 1:0
“Everton” (İngiltərə) - “Ruzomberok” (Slovakiya) - 1:0
“Avstriya Vyana” (Avstriya) - “AEL” (Kipr): 0-0
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları avqustun 2-3-də oynanılacaq.