Azərbaycan Dövlət İnformasiya Agentliyi

UEFA Çempionlar Liqasının finalı: Madrid Bakıdan çox şey öyrənməlidir

Bakı, 2 iyun, Elvin Mövsümov, AZƏRTAC

Son üç gündə futbolsevərlər iki böyük qarşılaşma izlədilər. Mayın 29-da Bakıda UEFA Avropa Liqasının, iyunun 1-də isə Madriddə Çempionlar Liqasının final qarşılaşmaları keçirildi. Bakı qitənin ən nüfuzlu iki klub turnirindən birinə ilk dəfə ev sahibliyi etməsinə baxmayaraq, yüksək təşkilatçılıq qabiliyyəti, azarkeşlər üçün yaradılan şərait, ən əsası isə təhlükəsizlik baxımından Madrid finalını açıq-aşkar geridə qoydu.

Bakı finalının izləmək üçün ölkəmizə gəlmiş əcnəbi azarkeşlər müsahibələrində final qarşılaşmasının yüksək səviyyədə təşkilindən, onlar üçün yaradılan şəraitdən, təşkil olunan müxtəlif mədəni proqramlardan məmnunluqla bəhs edirdilər. Lakin bunun fonunda UEFA Çempionlar Liqasının Madriddəki final qarşılaşması ilə əlaqədar azarkeşlər üçün ortaya çıxan çətinliklər, nəqliyyat problemi, biletlərin qara bazarda satılması, polisin sərt müdaxilələri barədə tanınmış idman nəşrlərində yer alan məqalələr, azarkeşlərin sosial şəbəkələrdəki paylaşımları Madridin mötəbər idman tədbirlərini təşkil etmək sahəsində Bakını örnək olmasının vacibliyini ortaya qoyur.

Madrid finalı ilə bağlı azarkeşlərin ən böyük narazılıqlardan biri bu mühüm qarşılaşmanın biletlərinin “qara bazar”da dəyərindən dəfələrlə yüksək qiymətə satılmasıdır. “Euronews”un xəbərində bildirilib ki, UEFA bir qrup şəxsin Çempionlar Liqasının final qarşılaşmasına bilet oğurlayaraq “qara bazar”da baha qiymətə satmaları barədə xəbərdarlıq edib. UEFA-nın rəsmi saytında qiymətlər 70-600 avro olduğu halda “qara bazar”da bu biletlər bir neçə min avroya satılıb. Madridin bələdiyyə polisi peşəkarlıqla hazırlanan saxta biletlər satan şəxsi saxlayıb. İspaniya paytaxtında saxta bilet satan şəxslərin bir neçəsi həbs edilib. Polisin məlumatında bildirilib ki, iki saxta bilet azarkeşlərə 8400 avroya satılıb.

CNN-in xəbərində final qarşılaşması ilə əlaqədar Madriddə azarkeşlər üçün ciddi problemlərin yaşandığı qeyd olunub. Biletlərin bahalığı, ingilis azarkeşlərin Madridə getmək üçün ciddi problemlərlə üzləşməsi, otellərdə yaşanan çətinliklər xüsusi vurğulanıb. Bildirilib ki, “qara bazar”da bir biletin qiyməti 10 min dollardan 31 min dollara qədər dəyişir. Bununla yanaşı, azarkeşlərin Madridə səfəri 12 saata qədər çəkir və ən azı 9 min dollar xərc tələb edir. Azarkeşlər baş verənlərdən ciddi şəkildə narazıdırlar.

CNN-in başqa bir xəbərində isə qeyd edilib ki, ingilis azarkeşlər Madriddəki final qarşılaşması gecəsi otellərin və hostellərin qiymətlərinin son dərəcə baha olmasından gileylənirlər. Vəziyyət o həddə çatıb ki, turistlərin bəziləri Madridə yaxın yerlərə gedərək orada ev kirayələyib və final gecəsi stadiona yollanıblar.

Madriddə ingilis azarkeşlərin ciddi etirazlarına səbəb olan başlıca məsələlərdən biri də nəqliyyat problemi və şəhərin küçələrində böyük tıxacların yaranması olub. “Irish Mirror” qəzeti yazıb ki, “Liverpul” klubunun sahibi Con Henri, klubun əfsanələri Kenni Dalqliş və Yan Raş dəhşətli tıxacla əlaqədar avtomobillərini tərk edərək stadiona piyada getməli olublar. Stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb.

Bəzi azarkeşlər isə biletlərinin olmasına baxmayaraq, stadiona buraxılmayıblar. Polis onlara qarşı zor tətbiq edərək geri qaytarıb.

“Radio Galler”in aparıcısı Vinn Evansın başına isə daha dəhşətli hadisə gəlib. O, Çempionlar Liqasının finalına bilet almaq üçün pul ödəsə də, aldanıb. BBC yazır ki, aparıcı iki biletə 7 min funt sterlinq ödəyib. Aparıcı bu barədə belə deyib: “Biletləri onlayn qaydada aldıq, pulunu ödədik. Lakin daha sonra biletlərin artıq mövcud olmadığını dedilər. On dörd yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlikdən sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar”. O, sonra daha çox pul ödəyərək iki bilet aldığını və əvvəl ödədiyi pulu geri ala bilməyəcəyindən narahat olduğunu bildirib.

Xəbərlərdə ingilis azarkeşlərin də şəhər sakinləri üçün ciddi problemlər yaratdığı qeyd olunub. Azarkeşlərin ictimai yerlərdə, küçələrdə şuluqluq saldıqları, qeyri-etik hərəkətlərə yol verdikləri, nəqliyyat vasitələrini zibillədikləri təkcə asayiş qüvvələrinin deyil, sadə madridlilərin də ciddi narazılığına səbəb olub. Sadə vətəndaşlar sosial şəbəkələrdə belə halları əks etdirən görüntü və fotoşəkillər çəkərək ciddi etirazlarını bildiriblər.

“Tottenhem” klubunun azarkeşləri Madrid polisinin onları döydüyünü iddia ediblər. “Irısh Mirror” qəzetində yer alan xəbərdə belə deyilib. Qəzet yazır ki, qarşıdurma ispan polisinin barlardan birində 50-dək ingilis azarkeşinin zorakılıq əməllərinə cavab olaraq baş verib. Polis bara daxil olaraq “heç bir səbəb olmadan” ingilis azarkeşləri döyməyə başlayıb.

BBC-nin xəbərində qeyd olunub ki, Madrid polisi azarkeşlərə çağırış edərək özlərini turist kimi aparmalarını bildirib: “Başa düşürük, turistlər səs sala, sevinə, qışqıra bilərlər. Amma Madrid küçələrində dava-dalaşa yol verə bilmərik”. Xəbərdə, həmçinin bildirilib ki, tərəfdarların daha çox toplaşdıqları ərazilərə əlavə 1300 polis əməkdaşı cəlb olunub. BBC hətta dörd ingilis azarkeşin Madrid polisi tərəfindən saxlanıldığını bildirib.

Qeyd edilən bütün bu faktlar cəmi üç gün ərzində UEFA-nın iki final qarşılaşmasının keçirildiyi Bakı və Madrid şəhərlərində təşkilatçılıq qabiliyyətinin səviyyəsi ilə bağlı aydın təsəvvür yaradır. UEFA Avropa Liqasının final matçından əvvəl Bakının belə mötəbər qarşılaşmaya ev sahibliyi üçün guya uyğun şəhər olmadığını uydurmağa çalışan şəxslər, yəqin ki, Madriddə baş verənlərdən sonra əllərini axtardıqlarında çətinliklə tapdıqları vicdanlarının üzərinə qoyacaqlar. Nə də olsa ən səmimi etirafları sadə azarkeşlər ediblər. Xüsusilə, sözlərimizi azarkeşlərdən birinin “Instagram”da yazdığı statusla bitirmək istərdik: “Bakı, bağışlayın ki, sizə güldük. Siz oyundakı görüntülər baxımından daha yaxşı idiniz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi