UEFA PREZİDENTİ VARLI KLUBLARI XƏSİSLİYƏ GÖRƏ UTANDIRMIŞDIR
Həm də FİFA-nın vitse-prezidenti vəzifəsini tutan L.Yuhanssonun sözlərinə görə, əgər FİFA və UEFA qaydalarını dəyişərək klublara vəsait köçürməyə başlasalar, bütün dünyada gənc futbolçular maliyyə dəstəyindən məhrum olacaqlar. O, UEFA İcraiyyə Komitəsinin Maltada keçirilmiş iclasında çıxış edərək, həddindən artıq adamın futbola biznes kimi yanaşmasını böyük problem adlandırmışdır. O demişdir: “Futbol idmandır, cəmiyyətin bir hissəsidir. Biz gənc nəsil barədə düşünməliyik. Bəzi klublar “hər şey qalibə verilir” ifadəsini rəhbər tutaraq, məhkəməyə müraciət edirlər. Deməli, milli assosiasiyalara futbolun inkişafı üçün ayrılan pullar ən varlı komandaların hesabına köçürüləcəkdir. Çempionlar liqası klublara onların fərdi surətdə əldə edə biləcəklərindən daha çox qazanmaq şansı verir və üstəlik, gəlirlərin 30-40 faizini milli assosiasiyalara ayırmaq imkanımız da qalır”.