Ukrayna 150-ə yaxın hərbçisinin meyitini ölkəyə geri qaytarıb
Kiyev, 2 fevral, AZƏRTAC
Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin növbəti dəfə mübadiləsi prosesi həyata keçirilib, Ukraynaya 150-yə yaxın meyit təhvil verilib. Bu, indiyə qədər ən böyük mübadilələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azov Patronaj Xidmətinin teleqram səhifəsi məlumat yayıb.
Bildirilib ki, meyitlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir.
Qeyd edək ki, sonuncu dəfə dekabrın 27-də Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin qaytarılması prosesi həyata keçirilib, Ukraynaya 42 meyit təhvil verilib.
Ümumilikdə, may ayından bəri Ukraynanın müstəqilliyi uğrunda canlarından keçən 1000-ə yaxın döyüşçünün meyitini geri qaytarmaq mümkün olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]