Ukrayna kəşfiyyatı Rusiyanın 2026-cı il üçün əsas hədəflərini açıqlayıb
Kiyev, 27 dekabr, AZƏRTAC
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın 2026-cı il üçün əsas hədəflərini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, Budanov Ukraynanın yerli “Suspilne” nəşrinə verdiyi müsahibəsində bildirib ki, Moskva Donbas və Zaporojye vilayətini tamamilə işğal etmək istəyir.
Kəşfiyyat rəisi bildirib ki, Kremlin məqsədi Rusiya hərbi planlaşdırmasında aydın şəkildə göstərilib. Bu siyahıya Donetsk vilayəti üzərində tam nəzarət, Dnepropetrovsk vilayətində maksimum irəliləyiş, Zaporojye və Xerson vilayətlərində hücum əməliyyatlarının davam etdirilməsi və sərhəd boyunca “bufer” zonalarının genişləndirilməsi daxildir.
"Bunlar onların əsas məqsədləridir. 2026-cı ildə əsas məqsəd Donbas və Zaporojye vilayətidir", - deyə Budanov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]