UKRAYNA MÜDAFİƏ NAZİRLİYİ TƏKZİB EDİR
Bundan əvvəl, Ukraynanın kütləvi informasiya vasitələrində Ali Radanın müdafiə və təhlükəsizlik komitəsinin sədri Georgi Kryuçkova istinadla parçalara Rusiyanın RTR telekanalının “Xüsusi araşdırma” proqramında geniş yer verilirdi. Kryuçkov bildirmişdir ki, Ukraynada MKİ-nin gizli həbsxanasının fəaliyyət göstərməsi haqqında anonim məktub almışdır.
Məlumdur ki, ötən ilin payızında Avropa İttifaqında gizli həbsxanalarla bağlı qalmaqal qopmuşdu. Noyabrın 2-də Avropada MKİ-nin gizli həbsxanalarının mövcudluğunu təsdiqləyən sənədlər açıqlanmışdır. İsveçrənin xüsusi xidmət idarələrindəki mənbələrdən alınmış bu sənədlərə görə, belə həbsxanalar Rumıniya və Polşada fəaliyyət göstərir. Sonra belə bir informasiya yayıldı ki, Şərqi Avropa ölkəsindəki keçmiş sovet obyektində gizli həbsxana mövcuddur, lakin obyektin adı açıqlanmırdı. “Xüsusi araşdırma” proqramına görə, söhbət Kiyev viayətinin “Makarov–11” qarnizonu ərazisindən gedir. Əvvəllər burada sovet ordusunun nüvə sursatı anbarı yerləşirdi. Kryuçkovun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyi onun sorğusuna rəsmən cavab verməyib, şifahi surətdə “bu ola bilməz” deməklə kifayətlənmişdir.