Ukrayna Prezidenti ilə Rusiyanın Xarici İşlər naziri arasında görüş olub
Kiyev, 25 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, görüş ABŞ Prezidenti Donald Trampın adından xarici nümayəndə heyətlərinin rəhbərlərinə rəsmi ziyafəti zamanı baş tutub. Qısa müzakirələr zamanı Ukrayna və Rusiya münasibətləri müzakirə olunub.
Ukrayna Prezidenti Ofisi hələ ki, görüş barədə rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, Vladimir Zelenski hakimiyyətə gələndən sonra Ukrayna Rusiya münasibətlərində yaxınlaşma müşahidə edilməkdədir. Bu yaxınlarda hər iki ölkə qarşılıqlı olaraq əsir və girovları qaytarıb. Rusiya qazının Ukrayna ərazisindən nəqli məsələsində yeni sazişin imzalanması üçün Ukrayna, Rusiya və Avropa İttifaqı formatında müzakirələr aparılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]