Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN ÇIXIŞI

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN ÇIXIŞI

- Çox hörmətli İlham Heydər oğlu!

Ölkənin çox hörmətli birinci xanımı!

Xanımlar və cənablar!

İlham Heydər oğlu keçirdiyimiz bu günü, münasibətlərimizin xüsusiyyətlərini o qədər ətraflı səciyyələndirdi ki, mən öz çıxışımı prinsipcə aşağıdakı kimi qura bilərdim: “Sonda demək istərdim ki, gəlin, bu badəni böyük xalqlarımızın şərəfinə, Azərbaycan Respublikasının şərəfinə, Ukrayna dövlətinin şərəfinə qaldıraq”. Bu, daha düzgün olardı.

Ancaq hər halda, mən deyilənlərin davamı olaraq bir neçə kəlmə bəzi fikirlərimi söyləmək istərdim.

Mən fəxr edirəm ki, iki il tamam olmamış biz AANND adlanan layihənin sonuncu mərhələsinə çatmışıq. 18 ay əvvəl beş prezident ilk addım kimi, siyasi saziş imzalamışdı. İndi isə deyirik ki, on iki gündən sonra “Novaya Sarmatiya” müştərək müəssisəsinin Varşavada keçiriləcək iclasında bu layihəyə dair texniki-iqtisadi əsaslandırma qəbul ediləcəkdir. Beləliklə, asan olmayan layihənin siyasi niyyətdən reallaşdırılmayadək yolunda nöqtə qoyulur. Ona görə asan layihə deyil ki, siyasət olmasaydı, bu layihə çoxdan həyata keçirilərdi.

Lakin təəssüf ki, energetika sahəsində münasibətlərdən danışanda çox sərtləşən siyasət bu layihənin həyata keçirilməsində tez-tez ciddi əngələ, bizdən asılı olmayan əngələ çevrilirdi. Biz cənab Prezidentlə başa düşürük ki, bu cür layihə bir aya və hətta bir ilə də ərsəyə gəlmir. Düşünürəm, 24 ay ərzində bu layihənin reallaşdırılmasına yaxınlaşa biləcəyimiz gözəl nəticədir.

Biz danışmışıq və Klaypedadan İlyiçevskə konteyner daşımalarını uğurla təmin edən “Vikinq” layihəsi üzrə təşəbbüsü əslində dürüstləşdirmişik. İnişil İlyiçevskdən bu marşrutu Potiyədək, Batumiyədək davam etdirdik, bu il Kerçdən Potiyə, Batumiyədək davam etdirəcəyik. Bu gün biz razılığa gəldik ki, bu tranzit layihəsi Gürcüstan-Azərbaycan-Qazaxıstan, Poti-Batumi-Bakı-Almatı tranzit layihəsi ilə ahəngdarlığını tapacaqdır.

Şübhə etmirəm ki, az vaxt ötəcək və biz müvafiq nazirliklər, idarələr səviyyəsində tariflərin də, sığorta ödənişlərinin də, gömrük ödənişlərinin də, anbar xərclərinin də, yükləmə-boşaltmanın da idarə olunmasının uyğunlaşdırılmasına nail ola biləcəyik, bu marşrut ahəngdar şəkil alacaq və o, “Vikinq” layihəsi kimi səmərəli olacaqdır.

Bizim bu gün çox diqqət yetirdiyimiz hərbi-texniki əməkdaşlıqdan danışmaq olar. Artıq deyildiyi kimi, humanitar sahədə əməkdaşlıqdan danışmaq olar. Düşünürəm ki, biz 17-18 ildir müstəqillik şəraitində yaşayan ölkələrimiz üçün ən mühüm layihələrdən danışırıq. 18 il ərzində təkcə dövlətə deyil, həm də regional münasibətlərə xas olan münasibətlər sistemini qurmaq çətindir. 18 il az vaxtdır. 18 il ərzində insanı tərbiyə etmək olmaz, biz isə dövlətin təşəkkülündən danışırıq.

İlham Heydər oğlu, ona görə də bu gün Sizinlə haqqında çox danışdığımız məsələlər - razılığa gəldiyimiz məsələlərə qarşılıqlı surətdə sadiq qalmağın və onlara görə məsuliyyət daşımağın nə qədər vacib olması mənim üçün çox həssas məqamdır. Bizim siyasətçilərimiz arasında, biznesmenlərimiz arasında, insanlarımız arasında münasibətlərin gözəl tarixi var və buna görə də biz əlaqələrimizdə insani səviyyədə münasibətlərə xüsusi yer veririk. Biz təhsildən danışırıq, mədəniyyət sahəsində münasibətlərdən danışırıq, biz hər iki ölkədə abidələr qoyulması, milli mədəniyyət günləri və ya illəri mübadiləsi haqqında danışırıq.

Əminəm ki, əsl münasibətlər bu zəmində qurulur. Sonra iqtisadiyyat, ticarət və bütün başqa şeylər gəlir. İnsanlarımız arasında, xalqlarımız arasında münasibətlərin gözəl ənənəsi var. Bəlkə bugünkü günün əhval-ruhiyyəsini, ab-havasını bu ənənə müəyyənləşdirir. Çünki bugünkü gün bizə dəqiq və aydın şəkildə deyir: biz bir-birimizə sadiqik, qarşımızda çox böyük ümumi məqsədlər durur, bizim aramızda ciddi ziddiyyətlər, fikir ayrılığı yoxdur. Aramızdakı etimad elə səviyyədədir ki, qarşılıqlı milli dövlət siyasətini - bu və digər millət üçün səciyyəvi olan həssas məsələlərə çox həssaslıqla reaksiya verən siyasəti qurmağa imkan verir. Mən nəyi nəzərdə tuturam? Onu nəzərdə tuturam ki, Dağlıq Qarabağda siyasətdən, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qəbul olunan məsələlərdən söhbət gedəndə, Ukrayna dost Azərbaycanı bu məsələdə dəstəkləməkdən başqa ayrı bir variantın olması barədə heç düşünmədi də.

Zənnimcə, siz sadəlövh deyilsiniz və başa düşürsünüz ki, Ukraynanın mövqeyinin başqa cür olmasını arzulayanlar nə qədər idi. Mən qəti əminəm ki, bu, Azərbaycanın dostları kimi, bizim öz dostlarımıza - respublikanın Prezidentinə də, respublikanın xalqına da göndərməli olduğumuz işarədir.

Hörmətli İlham Heydər oğlu, Baş Məclisdə mənim millətim, mənim xalqım üçün heç də az həssas olmayan məsələ - 1932-1933-cü illər Qolodomoru barədə məsələ qaldırılanda Sizin də münasibətinizi və Azərbaycanın da münasibətini biz bu cür hörmətlə qarşılayırıq. Bu isə, insani səviyyədə, mən heç siyasi səviyyədə demirəm, çox yüksək qiymətləndirilir.

Ona görə də çıxışımın sonunda demək istərdim, mən fəxr edirəm ki, Azərbaycanın inkişafı, möhkəmlənməsi üçün bu mühüm, nadir bir vaxtda ölkəsini daim müsbət qiymətləndiriləcək bir yolla aparan Azərbaycan Prezidenti İlham Heydər oğlu kimi dostum vardır. Fəxr edirəm ki, Ukrayna xalqının Azərbaycan xalqı kimi dostu vardır. Şadam ki, bizim hökumətlərimiz, nazirliklərimiz, idarələrimiz, regional hakimiyyətlərimiz arasında da səmimi dostluq münasibətləri vardır.

Buna görə də sonda nitqimin əvvəlində söylədiyim sözləri təkrar etmək istərdim. Mən demək istəyirəm ki, biz Azərbaycanın şərəfinə, Azərbaycan Prezidentinin şərəfinə, Ukraynanın şərəfinə və dostluğumuzun şərəfinə badə qaldırırıq!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər