UKRAYNA VƏ RUMINİYANIN ƏRAZİ MÜBAHİSƏSİNİ BMT HƏLL EDƏCƏK
Kontinental şelfin və müstəsna iqtisadi zonaların delimitasiyası haqqında iş məhkəməyə baxılmağa Rumıniya tərəfinin təşəbbüsü ilə təqdim olunmuşdur. Rumıniya 2004-cü ilin sentyabrında məhkəməyə müraciət etmiş, keçən ilin avqustunda isə öz memorandumunu BMT-nin müzakirəsinə vermişdir.
Xatırladaq ki, iki ölkə arasında mübahisə Zmeinı adasının mənsubiyyəti məsələsindən ibarətdir. Bütün mübahisəli ərazi 7 min kvadratkilometr sahəni əhatə edir. Danışıqlar prosesi 1998-ci ilin yanvarından davam edir. Rumıniya təkid edir ki, Zmeinı ada deyil, qayadır, buna görə də o, delimitasiya xətti çəkilərkən nəzərə alına bilməz.
Zmeinı adası sahilin təxminən 35 kilometrliyində, Dunay çayının deltasında yerləşir, sahəsi 20,5 hektardır. Ukrayna geoloqları adanın şelfində neft-qaz yataqları aşkarlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]