UKRAYNADA QİÇS XƏSTƏLİYİNƏ YOLUXANLARIN SAYI ARTIR
O demişdir: “Dnepropetrovsk, Odessa, Nikolayev və Donetsk vilayətlərində, habelə Sevastopolda vəziyyət daha acınacaqlıdır. Burada əhalinin hər 100 min nəfərinə 50-60 yoluxma halı qeydə alınmışdır. A.Kinaxın sözlərinə görə, xəstələrin 80 faizi 20-39 yaşlarında olan insanlardır. Bir QİÇS xəstəsinin müalicə prosedurları təxminən 10 min dollara başa gəlir. Onun fikrincə, İÇV/QİÇS epidemiyası ilə mübarizədə dövlət, biznes qurumları və cəmiyyət öz qüvvələrini birləşdirməlidirlər.
A.Kinax vurğulamışdır ki, İÇV/QİÇS-lə mübarizə məqsədi ilə 2006-cı ildə dövlət büdcəsindən azı 12 milyon dollar ayrılmalıdır, hərçənd bu epidemiya ilə səmərəli mübarizə aparılması üçün Ukraynaya hər il 52 milyon dollar vəsait lazımdır.
A.Kinax xatırlatmışdır ki, Ukraynada İVÇ/QİÇS-in yayılmasına qarşı mübarizə və onun profilaktikası üzrə 2004-2008-ci illər üçün nəzərdə tutulmuş 5-ci ümummilli proqram həyata keçirilir.
QİÇS-lə mübarizə Qlobal Fondu 2003-2005-ci illər ərzində Ukraynaya təxminən 3,5 milyon dollar vəsait köçürmüşdür. Hazırda yaxın üç ilə təqribən 13 milyon dollar vəsait ayrılması barədə danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]