Ukraynada Qolodomor qurbanlarının xatirəsi anılır
Kiyev, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-si Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir. Faciə qurbanlarının xatirəsi Ukrayna vaxtı ilə saat 16:00-da bir dəqiqəlik sükutla anılır, sonra bütün ölkə ərazisində “Şam yandır” aksiyası başlayır. Həmin gün ölkə ərazisində Ukraynanın dövlət bayraqları endirilir.
AZƏRTAC xəbər verir ki, xatirə günü hər il noyabrın dördüncü həftəsinin şənbə günü keçirilir.
Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir. Tədbir ilk on ildə Kiyevdəki Mixaylov meydanında keçirilib. 2008-ci ildən başlayaraq “Qolodomor qurbanları memorialı” Milli Muzeyi açıldıqdan sonra anım mərasimi orada təşkil olunur.
Ukrayna Milli Elmlər Akademiyasının Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, Qolodomor nəticəsində 3 milyon 943 min insan həlak olub. Tarixçilər bu rəqəmləri təqribən 7 milyon göstərirlər.
2006-cı ildən Ali Rada Qolodomor hadisələrini ukraynalılara qarşı soyqırımı aktı kimi qiymətləndirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]