Ukraynalı Aleksandr Usik 2018-ci ilin ən yaxşı boksçusu seçilib
Bakı, 21 dekabr, AZƏRTAC
Ukraynalı idmançı Aleksandr Usik Amerika televiziya şəbəkəsi ESPN-in versiyasına görə, 2018-ci ilin ən yaxşı boksçusu seçilib.
Cari ildə Usik keçirdiyi üç döyüşdə qalib gəlib. Ukraynalı yanvarda Dünya Boks Super Seriyasının (WBSS) yarımfinalında latviyalı Mairis Briedis üzərində qələbə qazanıb. İyulda turnirin finalında rusiyalı Murat Qassiyevi məğlub edərək WBSS kubokuna sahib olub. Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titulları adını qazanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, noyabrda ukraynalı idmançı britaniyalı Toni Belleylə döyüşdə kəmərlərini qorumağı bacarıb. Səkkizinci raundun ikinci dəqiqəsində Usik rəqibini nokaut edib.
Ukraynalının peşəkar rinqdə 16 qələbəsi (12 nokaut) və bir məğlubiyyəti var. Həvəskar rinqdə Usik Olimpiya Oyunlarının (2012-ci il), Avropa çempionatının (2008-ci) və dünya çempionatının (2011-ci) qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]