Ukraynalı basketbolçu Almaniyada qətlə yetirilib
Bakı, 12 fevral, AZƏRTAC
Ukraynalı 17 yaşlı basketbolçu Vladimir Yermakov Almaniyanın Düsseldorf şəhərində qətlə yetirilib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, “ART Giants” klubunda çıxış edən gənc oyunçu komanda yoldaşı Artyom Kozaçenko ilə birlikdə bıçaqlı hücuma məruz qalıb.
V.Yermakov hadisə yerində dünyası dəyişib. Digər oyunçu isə reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, Vladimir Yermakov 2022-ci ildə Ukrayna U-16 millisinin heyətində Avropa çempionatında iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]