“Ulduz” klubu Çempionlar Liqasında iştirak edəcək
Bakı, 21 dekabr, AZƏRTAC
Almaniyanın Ştutqart şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 2-dən 6-dək futzal üzrə Çempionlar Liqasının oyunları keçiriləcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, turnirdə ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət “Ulduz” komandası təmsil edəcək. Püşkün nəticəsinə görə, “D” qrupunda yer alan təmsilçimizin rəqibləri İsrailin “Dolphins Ashdod”, İsveçin “Lundia”, Almaniyanın “Essen” və Fransanın “Paris” komandaları olacaq.
“Ulduz” yanvarın 2-də Bakı vaxtı ilə saat 12:00-da “Dolphins Ashdod”, saat 16:00-da isə “Lundia”, yanvarın 3-də saat 15:00-da “Essen”, saat 18:00-da “Paris” komandası ilə qarşılaşacaq.
Yanvarın 4-də dörddəbir, ertəsi gün yarımfinal, yanvarın 6-da isə üçüncü yer və final oyunu keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]