Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də “Səs” Media Qrupu, YAP Səbail rayon təşkilatı və “SSAL-2” MMC şirkəti tərəfindən Bakının Səbail rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada 100 ədəd şam ağacı əkilib.
Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatı yaxınlığında əkilən ağaclar Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə qeyd olunacaq 100 illiyinə, həmçinin Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunmasına həsr edilib.