Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Bakı, 10 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 96 illiyi Fəxri xiyabanda ümumxalq ziyarəti, həmçinin regionlarda silsilə tədbirlərlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da səhər Fəxri xiyabana başlayan insan axını axşam saatlarınadək davam edib. Bura üz tutan hər kəs ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini minnətdarlıq hissləri ilə xatırlayır.

Azərbaycanlı olduğu ilə fəxr edən Heydər Əliyevdən söhbət düşəndə insanlar ilk növbədə, Ulu Öndərin dövlət müstəqilliyimizin dönməzliyini və əbədiliyini təmin etdiyini, onun xilaskarlıq missiyasını, ölkəmizi inkişaf yoluna çıxardığını xüsusi vurğulayırlar.

Fəxri xiyabana gələn ziyarətçilər arasında bütün nəsillərin, bütün təbəqələrin nümayəndələri vardı. Onların hamısını buraya Heydər Əliyevə olan məhəbbət çəkib gətirib.

AZƏRTAC-ın müxbirləri Fəxri xiyabanda müxtəlif nəsillərin nümayəndələrindən, ayrı-ayrı peşə sahiblərindən müsahibələr alıblar.

Müsahibələrin bir neçəsini təqdim edirik.

Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup Qarabağ əlili Maarif Səfərov:

- Dahi rəhbərimizin xilaskarlıq missiyası, gördüyü işlər haqqında çox danışmaq olar. Təkcə onu deməklə kifayətlənirəm ki, ölkəmizdə yaranmış xaos və özbaşınalıqlara, dərin böhrana Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qısa vaxt ərzində son qoyuldu.

Biz Qarabağ müharibəsi əlilləri dövlətin diqqət və qayğısını öz üzərimizdə daim hiss edirik. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bizə dayaq və dəstək olur. Qarabağ əlillərinin və şəhid ailələrinin problemləri ilə yaxından maraqlanan dövlətimizin başçısı bu il bir sıra fərman və sərəncamlar imzalayıb. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillə təmin olunub, müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin edilib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev əmr etsə, biz Qarabağ qaziləri əlimizə silah alıb döyüşə getməyə hazırıq.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli:

- Heydər Əliyev tarixdə əbədi yaşayacaq. O, dünya şöhrətli dövlət xadim idi. Hələ sovet dönəmində Azərbaycanın siyasi, iqtisadi, mədəni yüksəlişinə nail olmuşdu. Təsadüfi deyil ki, respublikamız o dövrdə hər il keçici qırmızı bayraqlar alırdı. Onun şəxsində cəsarət, müdriklik, işgüzarlıq, təcrübə bir-biri ilə birləşərək vəhdət yaradırdı. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu müstəqilliyi Heydər Əliyevin siyasi iradəsi sayəsində qoruya və möhkəmləndirə bildi. Biz xoşbəxt xalqıq ki, ulu öndərimizin Prezident İlham Əliyev kimi layiqli davamçısı var. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha dinamik yolu inkişaf yoluna çıxarıb. Azərbaycan xalqı yaşadıqca Heydər Əliyev də yaşayacaq.

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə:

-Ulu öndər Heydər Əliyevin anadan olduğu gün cəmiyyətin hər bir təbəqəsindən olan insanlar onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlirlər. Bu, hər birimizin mənəvi borcudur. Çünki Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır. Onun əziz xatirəsi hər zaman xalq tərəfindən ehtiramla anılır. Dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz siyasi və iqtisadi inkişaf yoluna çıxdı, dünyada söz sahibi ola bildi.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın elminə, mədəniyyətinə, demək olar ki, həyatın bütün sahələrinə diqqət və qayğı ilə yanaşıb. Bu gün ölkəmiz Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutur.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral:

-Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Dahi şəxsiyyət fəaliyyətinin bütün dövrlərində Azərbaycanın inkişafı üçün çalışıb. Heydər Əliyev türkdilli ölkələr və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi üçün də mühüm xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə böyük önəm verib. Onun xatirəsi bizim üçün də əzizdir. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biridir.

Ağdam rayon Xındırıstan kənd sakini Əliabbas Eyvazov:

-Ulu öndər Heydər Əliyev tez-tez respublikanın bölgələrinə səfərlər edər, əmək adamları ilə görüşərdi. Odur ki, kəndlərdə yaşayan yaşlı nəslin nümayəndələrinin bununla bağlı gözəl xatirələri var. Mən də həmin görüşlərdən birinin iştirakçısıyam. Ümummilli lider Heydər Əliyev 1972-ci ildə kəndimizə gələrək, pambıq tarlalarını gəzdi, əməkçilərlə söhbət etdi, qayğıları ilə maraqlandı. Sonra isə kənd təsərrüfatı texnikaları parkına baş çəkdi və orada çalışanlarla bir-bir görüşdü. Mən orta məktəbi yenicə bitirib çilingər köməkçisi işləyirdim. Ulu Öndər bir kənarda dayanan ustama və mənə tərəf dönüb soruşdu: “Bəs siz niyə mənimlə görüşmürsünüz”. Ustam əllərini göstərib dedi: “Əllərimiz mazutludur, yoldaş Əliyev. Ona görə”. Heydər Əliyev mehribanlıqla gülümsədi: “Elə əsl sıxılmalı sizin əllərinizdir, zəhmətkeş əlləri”, - deyərək bizə yaxınlaşdı. Əlimizi sıxıb bizə uğurlar arzuladı. Həmin görüş, bu böyük insanın sadəliyi, mehribanlığı bizdə böyük təəssürat oyatdı və xoş xatirə kimi yaddaşıma əbədi həkk olundu.

Xaçmaz sakini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon nümayəndəliyinin sədri Fərhad Şeydayev:

- Vətənini canından çox sevən Ulu Öndər bütün mənalı ömrünü ölkəmizin inkişafına həsr edib. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra keçmiş SSRİ-nin geridə qalan ölkələri sırasında olan Azərbaycan qabaqcıl respublikaya çevrildi. Sonralar, müstəqillik dövründə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əsası da məhz Heydər Əliyev tərəfindən qoyuldu. Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar oldu, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atıldı.

Ümummilli Lider tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf konsepsiyası hazırda regionları da əhatə edir. Ulu Öndərin iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrimizin siması tamamilə dəyişib. O cümlədən Xaçmaz rayonuna da bu inkişafdan pay düşüb.

X X X

Fəxri xiyabana insan axını bütün günü davam etdi. Burada yaşanan izdiham xalqın öz Ümummilli Liderinə, xilaskarına dərin ehtiramdan, tükənməz sevgisindən xəbər verirdi. Bu ehtiram və sevgi heç də bütün dövlət rəhbərlərinə, liderlərə nəsib olmur. Ürəklərdə özünə əbədi abidə ucaltmış Heydər Əliyevin parlaq ideyaları yollarımıza işıq saçır, bizi daha xoşbəxt gələcəyə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub