AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, gül dəstələri qoymuşlar.
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan da abidənin önünə gül qoydular.
Türkiyə nümayəndə heyətinin üzvləri də ulu öndərin abidəsi önünə güllər düzdülər.