Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-2025-ci il üzrə Agentliyin elan etdiyi qrant müsabiqələrinin nəticələri nə vaxt elan olunacaq?

-Nəticələr sabah elan olunacaq. Bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində ən yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb. Bu, ötənilki rekordu da geridə qoyub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. 100-ə yaxın müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində iştirakı nəzərdən keçirilməmiş 200-ə yaxın QHT-nin müsabiqələrə qatıldığını müşahidə edirik. Bu, bizim üçün adi statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin şəffaf və ədalətli olmasının, işimizə olan ictimai etimadın göstəricisidir. Təbii ki, həm də böyük məsuliyyət deməkdir. Agentlik QHT-lərin ictimai faydalılığının stimullaşdırılması, dövlət tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin icrası üçün əzmlə çalışır. Qürurla deyə bilərik ki, 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 19 dövlət proqramı üzrə 63 tapşırığın icrasına məsul olub və qiymətləndirmə üzrə publik hüquqi şəxslər arasında rekord nəticələrdən birini nümayiş etdirib.

-Budəfəki müsabiqə nəticələrini əvvəlki ildən fərqləndirən nələrdir?

-İlk növbədə, layihələrin keyfiyyəti xeyli yüksəlib. Plagiat layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb. QHT-lər layihələrin tərtibinə çox ciddi yanaşıblar. Layihələrdə büdcə şişirtmələrinin də azaldığını müşahidə edirik. Hamı üçün artıq aydındır ki, maliyyə ekspertizası dərindən aparılır, Agentliyə bununla bağlı şantaj, hədə və digər qanunazidd əməllərlə təsir göstərmək, sosial mediada qaralama, ləkələmə kampaniyası aparmaq, hay-küy salmaqla dövlət büdcəsindən vəsait qoparmaq mümkün deyil. Daxil olmuş hər bir layihə bir neçə mərhələdən ibarət ekspertizadan keçirilib, layihənin bütün üstün və mənfi cəhətləri detallarına qədər təhlil olunub, müstəqil ekspertlərin qiymətləndirmələri əsas götürülməklə, hərtərəfli kollegial müzakirələrdən sonra Müşahidə Şurası yekun qənaətə gəlib.

-2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli”dir. Bu il bu mövzuda layihələrə prioritet verilibmi?

-Bəli. Ümumiyyətlə, elan olunmuş müsabiqədə mövzu kateqoriyalarından biri Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə dair təşəbbüslər, şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, onlar üçün hüquqi və psixoloji xidmətlərin təşkili idi. Qərara alınıb ki, “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” kateqoriyası üzrə bütün qalib layihələr “Konstitusiya və Suverenlik İli”nə həsr edilsin. İl ərzində Agentlik 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, çoxsaylı tədbirlər icra edəcək. Bundan başqa, ideoloji təhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə, iqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası, Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi, sağlam və təhlükəsiz həyat tərzinin təbliği, erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizə, həssas qruplarla iş, milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər 2025-ci il üzrə əsas istiqamətlərdir.

-Müraciətlər daha çox hansı qrant növünədir, əsas tendensiyalar nələrdir?

-Müsbət haldır ki, tələbləri daha çətin olan orta və böyük qrant növü üzrə müsabiqələrə bu dəfə müraciətlər nisbətən artıb. Ancaq hələ də QHT-lər müsabiqə şərtləri daha yumşaq olan kiçik qrant növünə müraciət etməyə üstünlük verirlər – bu dəfə 518 layihə təklifi kiçik qrant növü üzrə olub. Düşünürük ki, QHT təmsilçiləri ümumi biliklər tələb edən asan mövzulara qaçmamalı, QHT-lərin profillərinə uyğun olaraq, intellektual əmək, spesifik bilik tələb edən istiqamətlərdə daha çox təşəbbüslə çıxış etməlidir. Bəzən komik hallarla üzləşirik. QHT-nin adını çəkməyəcəm, ictimai birliklərdən biri guya “elmdə bilinməyən”, özü də təsvirini vermədiyi ideyaları yaymaq üçün 15 min manatlıq qrant layihəsi təqdim edib, layihənin hədəf qrupu isə “dünya” göstərilib. Bu layihə 100 ballıq qiymətləndirmə üzrə müstəqil ekspertlərin hamısı tərəfindən “0” bal alıb. Təbii ki, bu cür layihələr, ümumiyyətlə, müstəqil ekspertlərin qiymətləndirmələrində zəif nəticə göstərən layihələr maliyyələşdirilmir. Əvvəlki illərdə QHT-lərin sənədli film çəkməsi az qala, dəb halında idi. Bəzi hallarda kino, yaradıcılıq işindən xəbərsiz təsadüfi şəxslər mobil telefon kameraları ilə “sənədli film” çəkdiklərini iddia edir, hətta tələb edirdilər ki, onlara əlavə vəsait ayrılsın ki, həmin qeyri-peşəkar məhsulların xarici ölkələrdə nümayişini təşkil etsinlər. Bu cür yararsız məhsullar təbii ki, heç kimə lazım deyil. Bu dövr də qapanıb. Əvəzində Agentliyin donorluğu ilə peşəkar komanda işinin nəticəsi olan, kino tənqidçilərinin müsbət rəylərini alan yüksəkkeyfiyyətli sənədli filmlər ortaya çıxmaqdadır.

-2024-cü ilin qrant müsabiqələri çərçivəsində icra edilən layihələri ilboyu mediadan geniş izlədik. Layihələrin icrası prosesinin monitorinq nəticələri necədir?

-Ötən il bəzi layihələrin icra planlarına uyğun yerinə yetirilməməsi, düzgün hədəf auditoriyasının seçilməməsi, qeyd edilən tədbirlərin vaxtında keçirilməməsi, tarixlərin dəyişdirilməsinin Agentliklə koordinasiya edilməməsi halları müşahidə edilib. Layihələrin hesabatı zamanı öhdəliklərin tam yerinə yetirilmədiyi hallar müəyyən olunursa, təyinatı üzrə xərclənməyən vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə geri qaytarılır. 2023-cü illə müqayisədə 2024-cü ildə bu cür hallar 2 dəfə azalıb, QHT-lərin maliyyə intizamı, öhdəliklərinin icra səviyyəsi yüksəlib. Bəzən məqsədli şəkildə belə şayiələr yayırlar ki, guya geri qaytarılan vəsaitdən Agentlik işçilərinə mükafat yazılır və ya bu vəsait digər həvəsləndirmə tədbirlərinə sərf olunur, ona görə də Agentlik guya çalışır ki, mütləq maliyyə pozuntusu aşkarlasın – bu, həqiqətəuyğun deyil. Agentliyin məqsədi odur ki, layihələr kağız üzərində və ya dırnaqarası dəyirmi masa ətrafına yığışaraq bir neçə məsələni müzakirə edib, fotolar paylaşmaqla yekunlaşmasın. Agentlik üçün layihələrin əsas keyfiyyət göstəriciləri ölçüləbilən nəticələri, hədəf auditoriyasına təsir səviyyəsi, səbəb olduğu dəyişikliklərdir.

-Bəzən eşidirik ki, QHT-lər Agentlik tərəfindən tədbirlərin foto və video çəkilişlərinin aparılmasına ayrılan maliyyədən narazılıq edirlər. Bu barədə nə deyə bilərsiniz?

-Bu barədə müraciətlər bizə də daxil olub, düşünürük ki, bu iradlar haqlıdır. Bu dəfə QHT tədbirlərinin foto və videolarının peşəkar çəkilişləri üçün ayrılan vəsait artırılıb. İnanırıq ki, bu imkan QHT-lərin layihələrinin icrasını ictimaiyyətə daha keyfiyyətli təsvirlərlə çatdırmalarına kömək edəcək. QHT-lərin icra etdikləri layihələrdən əldə olunan foto və videoları, press-relizləri Agentliyin rəsmi saytında, sosial media səhifələrində yaymaq üçün açıq desəm, çox əziyyət çəkirik. Çünki bəzən icra olunan olduqca gözəl bir işdən mobil telefonlarla qeyri-peşəkar çəkilmiş keyfiyyətsiz təsvirlər daxil olur və ya media üçün təqdimat mətni çox səthi hazırlanır. Bu, bizi də çətin vəziyyətdə qoyur. Bəzən tədbirlərin ən maraqlı anlarından kadrlar çəkilmir. Məsələn, ötən ilin yayında azad edilmiş ərazilərin birində açıq havada yerli əhali ilə ilanlardan qorunmaq, onlarla qarşılaşdıqda davranış qaydaları üzrə QHT-lərdən biri təlim keçən zaman təsadüfən təlim ərazisində ilan görünüb. QHT-nin işə cəlb etdiyi ixtisaslı mütəxəssislər həmin ilanı tutaraq xüsusi konteynerə yerləşdiriblər, bütün proses də əyani şəkildə iştirakçılara izah olunub. Ancaq biz həmin anların təsvirlərinə baxmaq istədikdə, məlum oldu ki, görüntülər yararlı deyil, ən maraqlı anlar buraxılıb. QHT-lərdən xahişimiz budur ki, peşəkar foto və videoçəkiliş işinə bu ildən çox diqqətlə yanaşsınlar. Biz donoru olduğumuz bütün layihələrdən Agentliyin resurslarında təsvirlər və mətn yaymağa hazırıq, ictimaiyyətin haqqıdır ki, icra olunan layihələrdən xəbərdar olsun, lakin bunun üçün bizə təsvirlər və mətn vaxtında, keyfiyyətlə daxil olmalıdır. Ona görə də bu ildən Agentlik foto və videotəsvirlər üçün konkret texniki tələblər müəyyən edib. Çəkilişlər həmin tələblərə uyğun aparılmalıdır.

-Bu il Agentlik Ədliyyə Nazirliyi ilə birgə QHT-lərə illik maliyyə hesabatlarının vaxtında təqdim olunması barədə müraciət etdi. Bu müraciət hansı zərurətdən idi?

-Qanunun tələbinə görə, QHT-lər hər il aprel ayının 1-dən gec olmayaraq təfsilatlı illik maliyyə hesabatını Ədliyyə Nazirliyinə təqdim etməlidir. Birgə müraciət nəzərdə tutulmuş müddəti ötürməməyi tövsiyə edir. Sənədlərin qaydasında olması qrant müqavilələri üzrə bildirişlərin də vaxtında əldə olunmasına təsir edir.

-Söhbətimizin əvvəlində bildirdiniz ki, bu dəfə rekord sayda layihə təklifi daxil olub. Bunun müqabilində Agentliyin maliyyə imkanları hansı səviyyədədir?

-Əgər 2025-ci il üzrə QHT-lərin müsabiqələrə təqdim etdikləri layihələr üzrə Agentlikdən istədiyi vəsaitdən danışırıqsa, bu, təxminən 17 milyon manata yaxındır. Tələb Agentliyin illik qrant büdcəsini təxminən 4 dəfə üstələyir. Donorun daxil olan hər bir layihə təklifini maliyyələşdirmək öhdəliyi yoxdur. Bəzən müşahidə edirik ki, layihəsi qalib olmayan bir sıra QHT sədrləri güman edir ki, Agentlik guya onlarla əməkdaşlıq etmək istəmir və ya onları qəbul etmir. Məsələ belə deyil. Biz qrant müsabiqələrində şəxsləri deyil, QHT-lərin təqdim etdiyi layihələri qiymətləndiririk. Fikir verirsinizsə, artıq müsabiqələrin nəticələri açıqlananda QHT sədrinin adı qeyd olunmur, layihəsi qalib gələn QHT, layihənin adı, qrant məbləği göstərilir. Agentlik layihəsi qalib olmayan QHT-lərlə də sıx əməkdaşlıq edir. Onları Agentliyin təşkilatçılığı ilə baş tutan bütün tədbirlərdə görə bilərsiniz. Məsələn, ötən il Zəngilanda keçirilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən QHT-lərin təxminən 50%-i qrant müsabiqəsində layihələri qalib olmayanlar idi. COP29-la əlaqədar ötən il Agentlik xətti ilə onlarla tədbir keçirilib. Bu tədbirlərdə qrant müsabiqələrində layihəsi qalib olmayan QHT təmsilçiləri də olduqca fəal iştirak edib, onların əməyini yüksək qiymətləndiririk. Bəziləri ötən il dövlət tərəfindən COP29-da fəal iştiraka görə təltif də olunub. Bundan başqa, Agentliyin xətti ilə xarici ölkələrə QHT təmsilçilərinin iştirakı ilə müxtəlif səfərlər təşkil olunur. Həmin səfərlərdə də layihəsi qalib olmayan QHT nümayəndələrini görə bilərsiniz. Bundan başqa, il ərzində səfər qrantları açıqdır. İctimai faydalı təşəbbüsləri dəyərləndirmək bizim birbaşa marağımızdadır. Əgər 2022-ci ildə səfər qrantları ilə xarici ölkələrə səfər etmiş QHT təmsilçilərinin sayı 16 nəfər idisə, 2024-cü ildə bu rəqəm 38 nəfər olub. Bilirsiniz, vaxtilə bəzi QHT təmsilçiləri beynəlxalq tədbirlərdə iclaslar bitəndən sonra kürsülərdə alovlu çıxışlar edərək, sonra onları iclasdakı kadrlarla montaj edib sosial mediada yaymaqla, özlərindən “yalançı qəhrəman” obrazı yaradıblar. Ötən il Agentliyin donorluğu ilə olan layihələrdə bir belə fakt da aşkar olunmayıb. Əksinə, biz xarici auditoriyalarda, beynəlxalq təşkilatlarda Azərbaycan QHT təmsilçilərinin uğurlu, təsirli iştirakını müşahidə edirik. Onlar tamamilə yeni əlaqələr, yeni körpülər qururlar. Əminliklə deyə bilərik ki, Azərbaycan QHT-ləri artıq beynəlxalq miqyasda ciddi iş aparır.

-Agentlik layihələri qalib olmayan QHT-lərin adlarını bu dəfə açıqlayacaq?

-Xeyr. Bunu etmirik. Biz yalnız qaliblərin adlarını açıqlayırıq. Layihəsi qalib olmayan QHT-lərin hər birinə sistem üzərindən məlumat verilir, orada Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlar üzrə konkret hansı tələblərin ödənilməməsi göstərilir. Bu ona görədir ki, növbəti dəfə layihə təqdim edildikdə, nəzərə alınsın. Narazı qalanlar olarsa, onların şikayətlərinə apellyasiyada baxılır. Apellyasiyadan da razı qalmayanlar məhkəməyə müraciət edə bilərlər. Əgər hər hansı QHT israr edərsə ki, ona qarşı haqsızlıq var, biz həmin layihəni və layihə barədə ekspert rəylərini ictimailəşdirə bilərik. Hamı görə bilər ki, problemlər nədədir. Ancaq Agentliyin məqsədi QHT nöqsanları üzərində ictimai diskurs açmaq deyil, biz iradları birbaşa QHT-nin öz diqqətinə qanunun tələblərinə konkret istinadlar, izahlarla çatdırırıq. Əvvəllər sadəcə deyilirdi ki, müsabiqədən keçməmisiniz, indi səbəb aydın izah olunur, ona görə də suallar xeyli azdır. Bəzən QHT sədrləri məsələni emosional qarşılayır, sonra vəziyyətlə yaxından tanış olduqda, bizə təşəkkür edirlər, zəif məqamları nəzərə alıb, növbəti dəfə layihənin hazırlanmasına daha diqqətlə yanaşırlar. Adından da göründüyü kimi, bu, layihələrin qiymətləndirildiyi müsabiqədir, qalib olmamaq faciə deyil.

-Qarşıda hansı tədbirlər var?

-Bu ay – martın 18-də Agentliyin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək. Bu forumda İraq, Suriya və Türkiyədə yaşayan türkmanlar iştirak edəcək. Forumdan öncə qonaqlar işğaldan azad edilmiş ərazilərə - Şuşaya, Xankəndiyə, Xocalıya, Məhəmməd Füzulinin şərəfinə adı verilmiş Füzuliyə səfər edəcəklər. Bu, tarixi forum olacaq. Aprel ayında isə Azərbaycan QHT tarixində ən böyük tədbir keçiriləcək – Qlobal Cənub QHT Platformasının Bakıda təsis yığıncağı olacaq. Bu forumda 100-ə yaxın ölkədən xarici QHT təmsilçilərinin iştirakı planlaşdırılır. May ayında isə səhiyyə profilli QHT-lərin Forumuna hazırlaşırıq. Bu mühüm tədbirlərin hər biri ilk dəfədir. Bundan başqa, il ərzində mübadilə proqramlarımız, Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu və digər çoxsaylı tədbirlərimiz, QHT-lərlə bağlı qanunvericiliyə mühüm dəyişikliklərlə əlaqədar təkliflərimiz olacaq. Hamısı barədə indidən danışmaq istəməzdim. QHT-lərə hər gün internet saytımızı (ngoagency.gov.az), sosial media səhifələrimizi (https://www.facebook.com/ngoagency.gov.az, https://www.instagram.com/ngoagency.gov.az/) izləməyi tövsiyə edirik. Bütün yeniliklər və elanlar ilk olaraq, orada verilir.

-Müsahibəyə görə, çox sağ olun. Yeri gəlmişkən, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik edirik!

-Mən də sizi, bütün xanımları təbrik edirəm! Yeri gəlmişkən, bu il AZƏRTAC-ın 105 yaşı tamam oldu, bu münasibətlə şərəfli yol keçmiş, peşəkarlıq nümunəsi olan AZƏRTAC-ın kollektivini də ürəkdən təbrik edirik!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub