Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümidləri həqiqətə çevirən Prezident

Ümidləri həqiqətə çevirən Prezident

Bakı, 13 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev bu günlərdə Cəbrayıl rayonuna səfər edərək, burada mühüm infrastruktur obyektlərinin təməlini qoydu. Dövlətimizin başçısının rayon ictimaiyyətinin nümayəndələri ilə çıxışı cəbrayıllılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. “Qarabağa aparan yol” qəzetinin baş redaktor müavini əslən Cəbrayıl rayonundan olan Fariz Çobanoğlu bu barədə fikirlərini AZƏRTAC ilə bölüşərkən deyib:

-Cəbrayılın işğalından sonra yurd həsrəti, Vətən nisgili ilə dolu qəlbimi götürüb “Qarabağa aparan yol” qəzetinə gəldim. Adından da göründüyü kimi, ünvanımız, mövqeyimiz gün kimi bəlli idi. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə qəzetimizdəki yazılarla dəstək verməyə çalışırdıq. Biz də Vətən qarşısındakı borcumuzu qələmimiz, sözümüz, duyğu və düşüncələrimizlə yerinə yetirirdik. İçimizdə inam və güvənc adlı qüvvəni daim qoruyur, sabaha ümidlə baxırdıq. Haqqı, ədaləti başının tacı hesab edən Prezidentimizə arxalanır, xalqımızın iradəsinə, qeyrətinə güvənirdik. “Qarabağa aparan yol”umuza rişxəndlə baxanlar da oldu: yəni belə bir yol var? Bu sayaq ümidsiz, inamsız baxışlar qəlbimizi göynətsə də, yolumuzdan dönmədik. Zaman gəlib yetişdi. Prezidentimizin uğurlu siyasəti və ordumuzun, xalqımızın birliyi sayəsində “Qarabağa aparan yol” hər mənada həqiqətə çevrildi. Həm bizim qəzetin ünvanına, həm də Qarabağımıza günəş doğdu. Düşmən önündə xəcalətdən, necə deyərlər, yağı qəsbindən xilas olduq. 44 günlük müharibə xalqımızın qətiyyətini, gücünü, iradə və əzmini ortaya qoymuş oldu. 30 ilə yaxın bir müddətdə çəkdiyimiz Vətən həsrəti, bütün çətinliklər, ağrı və məşəqqətlər geridə qaldı.

Müharibə ərəfəsində təkcə ordumuz döyüşmədi, bütün xalq döyüşdü - Prezident də müharibənin ön sırasında, ön cəbhəsində. Nəyə görə belə deyirəm? Müharibənin bir tərəfi həm də informasiya cəbhəsi, informasiya savaşı idi. Prezident qanlı çarpışmalar, döyüşlər zamanı həm ordunu idarə edir, həm də informasiya savaşında yenilməz bir şücaətlə döyüşürdü. Onun dünya mediasına, dünyanın nüfuzlu televiziya kanallarına, agentliklərinə verdiyi müsahibələr haqlı, ədalətli mövqeyimizi beynəlxalq ictimaiyyətinin gözü önünə qoyurdu. Özü də ən sərt detallar, ən dərin düşüncə və aydın fikirlər müstəvisində. Demək olar ki, Prezidentin bütün çıxışlarını, müsahibələrini izlədim. Bu müsahibələr çox mükəmməldir. Dünyada barmaqla sayılacaq belə liderlər, ictimai-siyasi xadimlər ola bilər ki, Prezidentimiz qədər dərin mühakimə yürütmək qabiliyyətində olsun. Danışdığı, istifadə etdiyi xarici dilləri də doğma dilimiz qədər səlis və aydın tələffüz edir. Onun ən güclü silahlarından biri də elə bu dillərdə mükəmməl danışa bilməsidir.

Prezidentimizin Müzəffər Ali Baş Komandan kimi həm müharibə dövründə, həm də qələbədən sonrakı mərhələdə işğaldan azad edilmiş rayon və şəhərlərimizə səfərləri də qeyd olunmalıdır. O, səfərlər vasitəsilə də dünyanın diqqətini getdiyi yerlərə yönəldir, erməni vandalizminin, erməni vəhşiliyinin misli görünməmiş miqyasını bir daha dünyanın aparıcı dövlətlərinə və dünya xalqlarına göstərmiş olurdu. Müzəffər Ali Baş Komandanın azad olunmuş ərazilərimizə qələbədən sonrakı səfərləri Qarabağda yeni bir həyatın canlanmasına, erməni vandalizmindən qurtulmuş Vətənin xarabalıqları yerində şəhərlərimizin, kəndlərimizin bərpasına yönəlmiş ən böyük addımlardan biridir - Qarabağın azad və xoşbəxtliyinə doğru hesablanmış addım. Açığını deyim ki, Prezident hər dəfə Şuşaya, Füzuliyə, Ağdama, Zəngilana səfər edəndə içimdə şirin bir qısqanclıq yaranırdı: Bəs, görəsən, Cəbrayıla nə zaman səfər edəcək?

Əslində isə hər şey plan üzrə imiş. Prezident Cəbrayıla - özünün də dediyi kimi, erməni faşizminin belinin qırıldığı yerə onun işğaldan azad olunduğu gün gələcəkmiş. Axı Prezidentimiz nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilir. Həqiqətən də, onun oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunduğu gün bu yerə gəlməsi ictimaiyyət tərəfindən xüsusi bir məhəbbət, ehtiramla qarşılandı. Hələ Prezidentimiz Cəbrayılın yeni salınmış Cocuq Mərcanlı kəndinin açılışında demişdi ki, bu, Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir. Cəbrayıl ictimaiyyəti ilə görüşündə demişdi ki, bu gün mən sizi bura qonaq çağırmışam. Zaman gələcək siz məni bura qonaq çağıracaqsınız. Prezidentimizin dedikləri hər zaman həqiqət olur. O nəyi deyib, nəyi vəd edibsə, zamanla hamısı gerçək olub. El arasında buna sözünün ağası olmaq deyirlər. Prezidentimizi xalqımıza sevdirən ən ümdə cəhətlərdən biri də elə budur - gümanları, ümidləri, ehtimalları həqiqətə çevirmək.

Prezidentimizin Cəbrayıl torpağında - doğulduğum yurdda bu yerin tanınmış ziyalıları, elm və sənət adamları, zəhmətkeşləri ilə görüşü məni çox sevindirdi, çox duyğulandırdı. Dövlətimizin başçısı Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının, rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoyub, 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışlarında iştirak edib.

Bütün bunlar hamı kimi məni də sevindirməyə bilməz. Çünki doğma torpağımızın, ata-baba yurdumun viran qalmış xarabalıqlarına yeni bir həyat gələcək. Zəngəzurun qapısı Cəbrayıl torpağı çiçək açacaq, gül bitirəcək. Cəbrayıl Azərbaycan elminə, mədəniyyət və incəsənətinə çox böyük simalar bəxş edib. Bu baxımdan Cəbrayılda məşhur akademik Mehdi Mehdizadə adına - əsası 1876-cı ildə qoyulmuş 145 yaşlı orta məktəbin təməlinin yenidən qoyulması da çox sevindirici haldır. Hətta bu günlərdə mətbuatdan akademik Mehdi Mehdizadənin Rusiyanın Moskva şəhərində yaşayan qızı Zenfira Mehdizadənin Prezidentə ünvanladığı yığcam təşəkkür məktubunu da qürur hissi ilə oxudum.

Məktub demişkən, yadıma düşür ki, müharibə ərəfəsində ölkəmizin müxtəlif şəhər və rayonlarından, ən ucqar kəndlərimizdən Prezidentə saysız-hesabsız təşəkkür məktubları gəlirdi. Bu məktubların ruhunda Prezidentin xalqla bir olduğu, bir hədəfə atəş açdığı duyulur, hiss olunurdu. Belə məktublardan vaxtaşırı bizim redaksiyamıza da gəlir, biz o məktubları qəzetimizdə dərc edir, yüzlərlə oxucuya çatdırırdıq.

Bir sözlə, bütün mübarizələrimizin sonunda birliyimiz - Prezident, xalq, ordu vəhdəti qələbə qazandı. Biz birləşib hamılıqla birlikdə haqq çırağını yandıra bildik. Qələbəmizdə hər kəsin payı var. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi öz Vətəni - Azərbaycan uğrunda səfərbər olmuşdu.

Prezidentin Cəbrayıl ictimaiyyəti ilə görüşündə təəssüratlarını bölüşən hər bir sakinin dövlətimizin başçısına və ordumuza minnətdarlığı duyulurdu. Eyni zamanda, Prezidentin sakinlərlə olduqca səmimi davranışı da onların qəlbindən gələnləri səmimi şəkildə ifadə etməsinə səbəb olurdu. Bir məqam mənə xüsusilə xoş gəldi. Cocuq Mərcanlıda uzun illər düşmən əhatəsində yaşayan ailə başçısı Oktay Həziyev də çıxış etdi. Prezident Oktay Həziyevin mərdliyini, cəsarətini, vətənpərvərliyini xüsusi qiymətləndirdi.

Ümumiyyətlə, Cəbrayıl ictimaiyyəti ilə görüşdə hər kəs səmimi idi. Doğma yurda qovuşmaq hisslərini ən təbii şəkildə paylaşmaq qədər səmimi... Görüşdə bir məqam da diqqətimi çəkdi. Belə ki, kadrlarda Cəbrayılın ermənilər tərəfindən xarabaya çevrilmiş yerləri görünürdü. Ermənilər evlərin, tarixi binaların, ziyarətgahların, məbədlərin, qədim mədəniyyət ocaqlarının izlərini də itirməyə çalışıblar. Prezident hər dəfə işğaldan azad olunmuş ərazilərə səfər edərkən bilərəkdən belə yerləri seçir. Seçir ki, biz erməni vəhşiliyini, erməni vandalizmini tanıdığımız qədər dünya da görsün, tanısın. Bəli, Prezidentimiz bizi hər zaman dünyaya tanıdır: çəkdiyimiz iztirablar, əzablarla birgə qovuşduğumuz səadətin aydın və şəffaf görünən mənzərəsinə qədər.

Bir məsələyə də heyranlığımı bildirmək istəyirəm. Prezident hər dəfə “mən” deyəndə Azərbaycanı, Azərbaycan xalqını nəzərdə tutur. Müzəffər Ali Baş Komandanın azad olunmuş Suqovuşandan, elə həm də Araz vadisindən verdiyi mesajlar bunu bir daha təsdiq edir. “Mən indi Suqovuşandayam, mən Hadrutdayam, mən Cəbrayıldayam, mən Zəngilandayam, mən Şuşadayam, mən Xocavənddəyəm, mən hər yerdəyəm. Bu, o deməkdir ki, Azərbaycan, Azərbaycan xalqı indi hər yerdədir. Dünyanın hər yerində...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib