Ümumdünya Şahmat Olimpiadası: Bu gün komandamız top divizionda ilk 3 oyununu keçirəcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunun oyunları start götürür.
AZƏRTAC xəbər verir ki, birinci diviziondan mübarizəyə qoşulan Azərbaycan milli komandası B qrupunda yer alıb. Komandamız bu gün İsveç, Çin, Macarıstan komandaları ilə qarşılaşacaq. Şahmatçılarımız növbəti iki gündə isə Belarus, Hindistan, Moldova, Sloveniya, Misir və Fransa yığmaları ilə oynayacaq. Komandamız hər gün 3 oyun keçirəcək.
Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.
Qrupda ilk iki yeri tutan komanda pley -offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]