ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonundan sonra Cəlilabad rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül dəstəsi qoydu.
Prezident İlham Əliyev abidənin ətrafındakı parkda aparılmış abadlıq işləri ilə də tanış oldu.
Məlumat verildi ki, tamamilə yenidən qurulmuş və şəhər sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilmiş parkda yaşıllıq salınmış, çoxlu dekorativ bəzək və gül kolları, ağac əkilmiş, fəvvarə quraşdırılmışdır.
Parkın yaxınlığında müasir üslubda mədəniyyət evi tikilmişdir.
######
