Ümummilli Lider təhsil sahəsinə həmişə qayğı və həssaslıqla yanaşıb
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev respublikamızda təhsil sahəsinə həmişə qayğı və həssaslıqla yanaşıb. Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 10-da Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş tələbə İbrahim İsayev deyib.
O, bildirib ki, XX əsrin 70-80-ci illərində, Heydər Əliyevin rəhbərliyi dövründə yüzlərlə Azərbaycan gənci keçmiş SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilib. Bu da gələcəkdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə təkan verib.
İ.İsayev vurğulayıb ki, Azərbaycanın müstəqillik dövründə təhsil sahəsində əldə olunmuş nailiyyətlər də Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider müdrik və praqmatik siyasətçi olduğundan, respublikanın gələcəyini savadlı kadrlarda görürdü.