ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi Onkoloji Mərkəzində xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Azərbaycan Onkoloqları Elmi-Tibbi Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirin iştirakçıları əvvəlcə ümummilli liderimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.
Cəmiyyətin sədri, Elmi Onkoloji Mərkəzin direktoru akademik Cəmil Əliyev çıxış edərək, müstəqil Azərbaycan dövlətinin yaranması, möhkəmlənməsi və dünyada tanınmasında ulu öndərimiz Heydər Əliyevin tarixi rolundan danışmış, ümummilli liderimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov və digər natiqlər dahi siyasətçi Heydər Əliyevin zəngin ömür yolundan, dövlət quruculuğu təcrübəsindən bəhs etmiş, ölkəmizin elm və təhsilinin, səhiyyəsinin, mədəniyyətinin, iqtisadiyyatının inkişafında göstərdiyi müstəsna xidmətləri konkret faktlarla diqqətə çatdırmışlar. Onlar xatırlatmışlar ki, ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanda çoxlu elm, təhsil və tibb müəssisələri inşa edilmiş, yüksək ixtisaslı kadr potensialı yaradılmış, xalqın sağlamlığının qorunması istiqamətində əhəmiyyətli proqram və layihələr həyata keçirilmişdir.
Çıxış edənlər müstəqil dövlətimizin banisi Heydər Əliyevin səhiyyəyə, tibb mütəxəssislərinə qayğı və diqqətindən danışmış, ümummilli liderimizin ideyalarının daim yaşayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]