Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü Tehranda qeyd edilib

Tehran, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub.

Əvvəlcə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edərək Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında danışıb.

Qeyd edilib ki, tarixin inkişafı prosesində hər bir xalqın taleyində böyük şəxsiyyətlərin müstəsna xidmətləri olur. İllər və əsrlər ötsə də, belə şəxsiyyətlər xalqın tarixində və milli yaddaşında əbədi yaşayırlar. Öz əməlləri ilə xalqın, dövlətin salnaməsində silinməz izlər buraxır, milləti və dövləti xilas edirlər. Müasir Azərbaycanın tarixində belə bir şəxsiyyət heç şübhəsiz ki, Heydər Əliyevdir.

Ürəyi və düşüncəsi ilə həmişə xalqının yanında olan Heydər Əliyev 1990-cı ildə törədilmiş 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə etirazını bildirdi. Bu etiraz ona qarşı siyasi təqiblərin daha da şiddətlənməsinə səbəb oldu. Çünki bu, sadə bir şəxsin deyil, milyonları arxasınca apara biləcək xalq liderinin mövqeyi idi. Azərbaycanın müstəqilliyinin ilk illərində bir tərəfdən erməni işğalına, digər tərəfdən kənar qüvvələrin müdaxiləsinə məruz qalan ölkə xaos və anarxiyaya yuvarlanmışdı. Belə bir ağır vaxtda illər boyu qurub yaratdığı Azərbaycana qayıdıb xalqı ilə birlikdə olmaq istəyən Heydər Əliyevin qarşısına Sovet İttifaqının rəhbərliyi tərəfindən sipər çəkilirdi. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev doğma Naxçıvana gəldi. Həmin dövrdə siyasi və iqtisadi blokadanın sərt qanunları ilə yaşayan muxtar respublika erməni silahlılarının hücumlarına məruz qalırdı. Sərt iqlimi olan Naxçıvan əhalisi elektrik enerjisi və təbii qazdan məhrum edilmişdi. Əhalinin isti münasibəti ilə qarşılaşan Heydər Əliyev xalqın təkidli tələbi ilə 1990-cı ilin sentyabrında Naxçıvan Ali Məclisinin sədri seçildi. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən iki dəfə İran İslam Respublikasına səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Tehranla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu. Heydər Əliyev Türkiyə ilə də əlaqələri diqqət mərkəzində saxlayaraq Sədərək-Diliucu körpüsünün tikilməsi təşəbbüsü ilə çıxış etdi və tez bir zamanda iki qardaş xalqı birləşdirən körpü istifadəyə verildi. Bu körpüyə həmin dövrdə xalq arasında “Ümid” körpüsü adı verildi ki, bu da təsadüfi xarakter daşımırdı. Xalqın Heydər Əliyevə olan ümidləri gündən-günə özünü doğruldurdu. İran və Türkiyə ilə qurulan əməkdaşlığın nəticəsində muxtar respublika elektrik enerjisi, təbii qaz və ərzaqla təmin edildi.

Bu zaman Azərbaycanda siyasi vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Sovet İttifaqı tamamilə süquta uğramışdı və bu süqutun qarşısını almaq üçün Dağlıq Qarabağın işğalı planını reallaşdırıldı. Torpaqlar işğal edildikcə, milli iqtisadiyyat çökdükcə, əhalinin sosial vəziyyəti ağırlaşdıqca xalqın yaddaşında Heydər Əliyevin qurucu və yaradıcı obrazı canlanırdı. Ziyalılar və xalq kütlələri Naxçıvana axışaraq Heydər Əliyevdən hakimiyyətə qayıtmasını təkidlə tələb edirdilər. Azərbaycanın bir dövlət kimi məhv olmasına və xalqın səfalət içində yaşamasına göz yuma bilməyən Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı. İlk növbədə vətəndaş müharibəsinin qarşısını alan Heydər Əliyev atəşkəs rejiminin yaranmasına nail olaraq erməni işğalını dayandırdı, minlərlə vətən övladının şəhid olmasının qarşısını aldı. Heydər Əliyevə beynəlxalq nüfuzunu itirmiş və ağır iqtisadi vəziyyətdə olan Azərbaycan miras qalmışdı. Özünün siyasi bəsirəti və uzaqgörənliyi ilə Heydər Əliyev Azərbaycanı dirçəltməyə başladı.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir!” ideyası Azərbaycanın yeni dövlətçilik konsepsiyasının təməlini qoydu.

1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik yaradıldı. Bu sabitlik iqtisadi inkişafa təkan verdi və 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Neft gəlirləri ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafına töhfə verdi. Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq, inkişaf yoluna qədəm qoydu. İqtisadi islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Sonrakı illərdə demokratik təsisatlar yaradıldı və təkmilləşdirildi, dövlət idarəçilik təsisatları formalaşdırıldı. Böyük İpək yolu layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolu artdı, balanslaşdırılmış xarici siyasət modeli quruldu, müasir və döyüş qabiliyyətli ordu yaradıldı.

1993-2003-cü illərdə Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmağa yönəlmişdir.

Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması dayanırdı. Bu prinsipləri çox məharətlə həyata keçirən Ümummilli Lider Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı onu dünya siyasətinin tamhüquqlu subyektinə çevirdi.

Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini beynəlxalq müstəviyə çıxararaq, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edirdi.

Ulu Öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün yeni Konstitusiyanın hazırlanması işinə bilavasitə rəhbərlik etdi.

Bütün bu işlərin arxasında dahi liderin siyasi uzaqgörənliyi, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənardakı siyasi nüfuzu və usanmaz əməyi dayanırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gələcək nəsillərə möhkəm ənənələrə malik olan, intensiv inkişaf edən dövlət saxladı. Bu gün ölkəmizdə vətənpərvərlik hisslərinin yüksək olması məhz Heydər Əliyevin ideoloji xəttinin davamıdır.

Ulu Öndər demişdir: “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Bütün həyatını tam şəkildə Azərbaycan dövlətinin inkişafına həsr edən Heydər Əliyevin müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti uğurlu nəticələr verib. Bu siyasət nəticəsində Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad və faydalı əməkdaşlıq mərhələsi başlayıb. Ötən dövrdə iki qonşu dövlət arasında ticarət dövriyyəsi genişlənmiş, gömrük-keçid məntəqələrinin sayı artırılmış, beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqələri gücləndirilib. Münasibətlərin inkişafına təkan verə bilən və qarşılıqlı faydalı nəticələrə hesablanmış məsələlər intensiv müzakirə olunur.

Bu gün iki ölkə arasındaki münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Heydər Əliyevin siyasi kursunu ardıcıl həyata keçirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2016-cı fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və birgə bəyanatları bir daha göstərdi ki, qonşu, dost və tərəfdaş dövlətlər olan Azərbaycan ilə İran arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək.

Çıxış edən digər natiqlər də Ümummilli Liderin siyasi fəaliyyətinin əsas aspektlərindən söhbət açıblar.

Sonra Heydər Əliyevin yürütdüyü xarici siyasət barədə film nümayiş etdirilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO