Ümummilli Liderin gənclərə etimadı bu gün artıq öz səmərəsini verməkdədir
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyev sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edib. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyib. Dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Bu sözləri mayın 10-da Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri xiyabana gələn Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Nigar Ağayeva AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasətində gənclərlə bağlı məsələlərə xüsusi yer ayrılıb. Ulu Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. Ümummilli Liderin gəncliyə və gənclərə etimadı bu gün artıq öz səmərəsini verməkdədir.