Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Qaradağ rayonunda ağacəkmə kampaniyası
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində bu ilin noyabrından ölkəmizin bütün guşələrində ağacəkmə kampaniyasına start verilib.
Qaradağ rayonunun Qobustan qəsəbəsində marafon çərçivəsində abadlaşdırılan ərazidə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Rayonun florasının daha da zənginləşdirilməsi məqsədilə yerli ağac növləri ilə yanaşı, bir sıra dekorativ gül və ağac kolları da əkilib.
Aksiya çərçivəsində indiyədək iki minədək şam, sərv, liandra və digər növlərdən olan ağaclar əkilib, üç min kvadratmetr sahəyə ot örtüyü döşənib, ətraf ərazi abadlaşdırılıb.
Bundan başqa, rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistralı boyunca ağaclar əkiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]