UNEC-də “Elm aylığı” çərçivəsində tədbirlər davam edir
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə tədbir keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə İAETİ-nin elmi katibi Rafail Rzayev “2018-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçısı Pol Romer və Uilyam Nordxaus haqqında məruzə” mövzusunda çıxış edib.
O, Pol Romer və Uilyam Nordxausun həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib, onların elmi tədqiqatlarının əsas istiqamətləri və dünya birliyi üçün müstəsna əhəmiyyətindən danışıb.
Məruzəçi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.