UNEC-də yeni fənlər tədris olunacaq
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ilinin yaz semestrindən yeni fənlərin tədrisinə başlanılacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Statistikada proqram təminatı”, “Statistikada modelləşdirməyə giriş”, “Proqramlaşdırmanın əsasları-1” “Proqramlaşdırmanın əsasları-2” fənləri müasir proqramlar əsasında keçiriləcək.