UNICEF Böyük Britaniyadakı kasıb uşaqlara qida yardımı edəcək
London, 17 dekabr, AZƏRTAC
UNICEF özünün 74 illik tarixində ilk dəfədir ki, Böyük Britaniyadakı kasıb uşaqlara qida yardımı edəcək.
Koronavirus epidemiyasını II Dünya müharibəsindən sonra uşaqlara təsir edən ən pis böhran adlandıran UNICEF uşaqlara yardım üçün 25 min funt sterlinq ayırıb.
UNICEF "Scbool Food Matters" (Məktəb yeməkləri vacibdir) qeyri-hökumət təşkilatı vasitəsilə qida yardımı edəcək. Təşkilat Milad və semestr tətilində 25 məktəbin yoxsul şagirdlərinə səhər yeməyi paylayacaq.
Həmçinin UNICEF-in yardımına əlavə olaraq, bir qida tədarükü şirkəti bölgəyə 1200 ton tərəvəz və meyvə göndərəcək.
May ayında “Food Foundation” xeyriyyə təşkilatı tərəfindən aparılan araşdırma zamanı, dünyanın altıncı böyük iqtisadiyyatı olan Britaniyada 2.4 milyon uşağın qida təhlükəsizliyindən əziyyət çəkdiyi müəyyənləşib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]